İrəvana həm sipər, həm də sitəm olan 102-ci hərbi baza - ANALİZ

2019/10/37587-1572003089.jpg
Oxunub: 7213     10:11     26 Oktyabr 2019    
Ermənistanda rus erası başa çatmağa doğru gedir, yoxsa ABŞ Qafqazda yeni “ocaq”lar qalamağa hazırlaşır?

Dünyada və Ərəb coğrafiyasında baş verən hərbi-siyasi proseslərin fonunda Cənubi Qafqaz regionundakı siyasi-iqtisadi və hərbi vəziyyət diqqətdən kənarda qalmış kimi görünsə də, siyasi güclərin bu bölgəyə hesablanmış siyasətlərində səngimə müşahidə edilmir. SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan post-sovet respublikalarında ictimai-siyasi, iqtisadi və hərbi məsələlərdə maraqları heç bir halda üst-üstə düşməyən ABŞ və Rusiyanın bu ölkələrdə daha çox üstünlük əldə etmək uğrunda mübarizəsi həm genişlənir, həm də spesifik xarakter alır. Xüsusilə Cənubi Qafqaz regionunda aktivlik nümayiş etdirən rəsmi Moskvanın Vaşinqtona qarşı manevrləri, ABŞ-ın bölgədə yetəri qədər söz sahibi olmasına imkan vermir. Buna baxmayaraq, dünyanın hegemon dövləti statusu daşıyan Birləşmiş Ştatların diplomatik gedişləri Rusiyanın ciddi planlarının reallaşmasını əngəlləyə bilir.

“Zəif bənd” uğrunda qızışan mübarizə

Bu iki güc mərkəzinin maraqları daha çox bölgənin ən “zəif bənd”i hesab olunan Ermənistanda toqquşur. Azərbaycan və Gürcüstan həm region ölkələri ilə, həm Qərblə diplomatik və iqtisadi münasibətlərinin müstəqil şəkildə qurduğu üçün rəsmi Vaşinqton və Kreml arasında balanslı siyasət yürüdür, öz maraqları çərçivəsində iqtisadi, hərbi-siyasi əlaqələrini genişləndirə bilirlər. Rəsmi İrəvan isə maliyyə baxımdan Amerika Birləşmiş Ştatlarından, hərbi nöqteyi-nəzərdən isə Rusiya Federasiyasından asılı oluğu üçün nəhəng dövlətlərin toqquşan maraqlarının kölgəsində əzilməyə davam edir. Təbii ki, bir-birinə zidd olan tərəflərin ikisindən də hərbi və iqtisadi cəhətdən asılı olmaq Ermənistanın xarici siyasətində balans yaratmasına əngəl törədir. Belə olduğu halda, erməni siyasətinin xarakterik xüsusiyyətinin əsas mahiyyətini daşıyan xəyanət manevrləri işə düşür. Hərçənd, bu “taktika” bir müddət “sürüşkən” siyasət yürütməyə macal yaratsa da, nəticədə vəziyyəti daha da gərginlədirir. Nəzərə alsaq ki, 90-cı illərin birinci beşilliyində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan, qonşu Türkiyədən və mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra informasiya blokadasını yarıb güclənməyə başlayan Azərbaycandan ehtiyatlanaraq, 1995-ci ildə öz ərazisində, Kremllə, Rusiyaya məxsus hərbi bazanın dislokasiya olunmasını təsdiq edən müqavilə bağlamağa nail oldu. Bu addımı vəziyyətdən çıxış yolu kimi dəyərləndirən rəsmi İrəvan həmin müqavilədəki tələblərə əsasən 16 mart 1995-ci ildən etibarən özünü rəsmən Moskvanın vassalına çevirmiş oldu.

Erməni diplomatiyasının “102-ci” başağrısı...

Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının əsasında yaradılan 102-ci baza İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit-raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdnində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Bununla yanaşı Ermənistanın Türkiyə və İranla sərhəddinin əsas hissəsini Rusiya sərhədçiləri qoruyur.

Məhz, elə bu hərbi bazanın Ermənistan ərazisində mövcudluğu rəsmi İrəvanın beynəlxalq aləmə inteqrasiyasını tamamilə bloklayır. Daha konkret desək, sözügedən müqaviləyə əsasən, Ermənistanda yerləşən 102-ci hərbi baza bu ölkənin təhlükəsizliyinə cavabdehlik daşıyır, onun ərazisində törədilə biləcək hər hansı təhlükə Rusiyaya qarşı yönələn təhlükə hesab olunur.

Digər tərəfdən, Cənubi Qafqaz regionunda, həmçinin Türkiyə və İranla, eləcə də Rusiya ilə münasibətlərinin müəyyən hissəsini rəsmi İrəvan üzərindən tənzimləyən Vaşinqtonun Ermənistandakı aktivliyi erməni siyasi elitasını çıxılmaz vəziyyətə salır.

ABŞ-ın maraqlarını qoruyan rus hərbi bazası

Hərçənd, 102-ci bazanın Ermənistan ərazisində yerləşməsi dolayısı ilə müəyyən bir müddətə qədər ABŞ-ın da maraqlarına uyğundur. Belə ki, ABŞ diplomatiyası Qafqazda özünün güclü dayaq məntəqələrinin yaradılmasını başa çatdırana qədər rus hərbi kontigenti Türkiyə və Azərbaycan tərəfdən Ermənistana göstərilə biləcək hərbi təzyiqlərin qarşısını alır və bu sabitliyin fonunda ABŞ Dövlət Departamenti bölgədə stabilliyin qorunması cəhdlərini çoxaldır, Pentaqon hansısa formada güc və imkanlarını genişləndirir, ABŞ prezidentinin adminstrasiyası isə bu bölgəyə aid siyasətinin konturlarını daha aydın cızmağa başlayır.

Ən yaxın keçmişə nəzər salaq: Amerika Birləşmiş Ştatlarının İrəvandakı səfiri Riçard Mills ötən il diplomatik missiyasını başa vurub ölkəsinə qayıtmaq ərəfəsində maraqlı bir açıqlama ilə çıxış etdi.

O, “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan qarşısında kompromisə getməli olacaq. Mən ilk dəfə bura gələndə ermənilərin böyük əksəriyyətinin danışıqlar prosesinin bir hissəsi kimi işğal olunan ərazilərin qaytarılmasına qəti olaraq qarşı olduğunu görəndə təəccübləndim. Ermənistanda mümkün güzəştlər barədə müzakirələrin aparılmaması məni təəccübləndirir. 2016-ci ilin aprelində Qarabağda vəziyyətin gərginləşməsi ermənilərin bununla bağlı fikirlərini daha da kəskinləşdirdi. Lakin reallıq bundan ibarətdir ki, istənilən nizamlanma işğal olunan torpaqların müəyyən hissəsinin geri qaytarılmasını tələb edəcək” deyə bildirmişdi.

Vaşinqtonun siyasi həcv diplomatiyası...

Əslində isə, hazırkı vəziyyətdə Dağlıq Qarabağ müharibəsinin sülh yolu ilə tənzimlənməsində o qədər də maraqlı görünməyən ABŞ-ı mühüm səlahiyyətlərlə təmsil edən diplomatın bu cür açıqlama verməsi rəsmi İrəvana açıq tezislərlə ötürülən ciddi bir mesaj idi.

Amerikalı diplomatın bu çıxışından təxminən 10 gün sonra Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri də maraqlı gedişlərlə yadda qaldı. ABŞ prezidentinin köməkçisi erməni diplomatiyasını çaş-baş salan bəyanatla çıxış elədi. Onun bu mövqeyini rəsmi Moskva kəskin etirazla qarşıladı və Rusiya Xarici İşlər Nazirliyi Con Boltonun İrəvana səfəri zamanı səsləndirdiyi bəyanatı “həyasızlıq” adlandırdı. Bolton həmin çıxışında Ermənistanı Moskva ilə dostluqdan imtina etməyə çağıraraq ABŞ silahını reklam etmişdi. Rəsmi Moskva Boltonun sözlərini ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bir az əvvəl səsləndirdiyi bəyanatla müqayisə edib.

Qeyd edək ki, səfir məlum çıxışında onu bildirmişdi ki, vətəndaş cəmiyyətlərinin və KİV-in möhkəmləndirilməsi üçün Ermənistana 26 milyon dollar maliyyə yardımının edilməsi ətrafında müzakirələr gedir.

“Daxili işlərə birbaşa müdaxilədən fərqlənməyən bundan böyük həyasızlığın olmayacağı düşünülürdü. Amma bunun belə olmadığı bilindi” - deyə Rusiya XİN ABŞ rəsmilərinin İrəvanda “at oynatması”na münasibət bildirmişdi.

Boltonun Rusiya-Ermənistan münasibətlərində boşaltdığı “boltlar”...

C. Bolton söhbətin Rusiya ilə ənənəvi dostluqdan getdiyini gizlətməyərək Ermənistanı öz beynəlxalq münasibətlərində “tarixi klişe”dən imtina etməyə çağırmışdı.

O, həmçinin parlament seçkilərindən sonra Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da təşəbbüs xarakterli addımlar gözlədiyini ifadə etmişdi. Təbii ki, C. Bolton Ermənistanın Rusiyadan almalı olduğu silah əvəzinə, ABŞ silahını reklam etməyi də unutmamışdı.

Sirr deyil ki, bu qədər açıq tezislərlə səsləndirilən bəyanatların müəllifi rəsmi İrəvanla bağlı qapı arxasında keçirilən görüşlərdə Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının Ermənistanda mövcudluğuna və onun gələcəkdə ölkədən çıxarılmasına eyham vurmamış deyil. Digər tərəfdən diplomatik münasibətlərin tənzimlənməsi prinsiplərinin tələblərini nəzərə alsaq, belə qənaətə gələrik ki, C. Boltonun məlum bəyanatı İrəvanda apardığı danışıqların məzmunundan mayalanıb və dolayısı ilə Ermənistan rəhbərliyinin səsləndirməyə ehtiyat etdiyi fikirləri öz adından ifadə eləyib.

Deməli, ABŞ və Ermənistan arasında yaxın gələcəyə hesablanmış gizli razılaşmalar mövcuddur və bu anlaşmanın tərkib hissəsi kimi Rusiyanın bölgəyə təsir imkanlarını azaltmaq, 102-ci bazanın Ermənistandan çıxarılması, İrəvana ayrılacaq maliyə yardımlarının artırılması və bunun sayəsində ölkədə ciddi layihələrin reallaşdırılması, həmçinin başqa sahələrdə də ABŞ-ın çoxşaxəli dəstəyindən yararlanmaq kimi nüanslar öz həllini tapıb.

Kremlin Qafqaz siyasətindən “sökülən kərpic”lər...

Təsadüfi deyil ki, 2019-cu ilin əvvəlindən Ermənistanın daxili ictimai-siyasi mühitində baş vermiş prosesləri təhlil edəndə, maraqlı bir mənzərə canlanır:

- Ermənistanın siyasi dairələrində və güc strukturlarında mühüm post tutan rusiyameylli simalar vəzifələrindən uzaqlaşdırılır;
- bəziləri həbs edilir;
- Qarabağın işğal edilməsində xüsusi əməyi olmuş hərbi-siyasi fiqurlarla Ermənistanın indiki rəhbərliyi arasında uçurum dərinləşdirilir;
- Rəsmi İrəvanın xarici siyasətində Rusiya ilə münasibətlər nəzərəçarpacaq dərəcədə “soyuq”laşır;
- bloklanmış rusiyameylli qüvvələrin yenidən aktivləşməsini əngəlləmək üçün Ermənistanın yaxın keçmişində yaşanmış məşhur mart hadisələri ilə bağlı cinayət işi başlanır və işğal altındakı Azərbaycan torpaqlarında 2016-cı ilin aprelində baş verən döyüşlərdə ermənilərin uğradığı uğursuzluqların araşdırılması üçün xüsusi komissiya yaradılır;
- bunların fonunda Ermənistanın müdafiə naziri David Tanoyan bu ilin yayında Rusiya sərhədçilərinin ölkəsindəki dislokasiya məsələsinə yenidən baxılmasının mümkünlüyü haqda fikir səsləndirir;
- Ermənistan Müdafiə Nazirliyinin elan etdiyi silah tenderində Rusiyanın silah şirkətlərinin iştirakı nəzərdə tutulsa da, tenderin müəmmalı şəkildə ləğv edilməsi belə deməyə əsas verir ki, C.Boltonun İrəvanda Amerika silahlarını reklam etməsi nəticə verib;
- Amerika Birləşmiş Ştatları Ermənistana və işğal altında olan ərazilərə böyük məbləğdə maliyə yardımı ayrılması haqda qərar verir;
- Rəsmi Vaşinqton bununla yanaşı Azərbaycanla bağlı da mövqeyində Ermənistana mesaj olacaq detallara üstünlük verir. Hətta Bolton Azərbaycana silah satışına Konqresin tətbiq etdiyi 907-ci düzəlişin mane olmadığına işarə edir.

Bir-birinə “top ötürən” iki səfir...

Bunun ardınca ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Millsi əvəz edən ameriaklı diplomat Lin Treysi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında olur və ABŞ hökuməti tərəfindən Ermənistan MTX-nin sərhəd qoşunlarına verilmiş sərhəd təhlükəsizliyinin təmin edilməsi texnikasının hədiyyə olunması mərasimində işitirak edir. Özü də Ermənistan MTX-nin direktor müavini Aram Hakobyanla birgə...

Ermənistan sərhədlərinin toxunulmazlığına Rusiya Federasiyasının sərhədçilərinin məsuliyyət daşıdığı bir vaxtda ABŞ səfirliyindən belə bir hədiyyənin qəbulu xırda nüans kimi qələmə verilə bilməz. Xatırladaq ki, başqa bir Qafqaz ölkəsi olan Gücüstan da bir vaxtlar öz silahlı qüvvələrinin möhkəmləndirilməsi üçün ABŞ-ın təklif etdiyi silahları və döyüş texnikalarını hədiyyə kimi qəbul etmişdi və həmin “hədiyyələr” 2008-ci ilin avqustunda Cənubi Osetiya böhranında rus hərbiçilərə qarşı tətbiq olundu.

Amerikanın bölgədə silah bazarına yol tapmasından özgə Kremli İran məsələsində Amerikanın Qafqaz respublikalarına təzyiq göstərmək imkanlarını artırmaq ehtimalı da narahat edir.. Vaşinqtonun bölgədə açıq şəkildə aktivlik göstərməsi Moskvanın regiondakı geosiyasi nüfuzuna təhlükə kimi qəbul edilir. Bir məqama da diqqət yetirək, Ermənistandakı dövlət çevirilişinə qədər rəsmi İrəvanın İranın bölgədəki ən yaxın tərəfdaşı olduğu sirr deyil. Ermənistanın İranla iqtisadi-siyasi və strateji bağlılıqlarının olduğunu nəzərə alsaq, deməli İrəvanın Tehranla əlaqələrdən üz döndərməsi asan başa gəlməyəcək. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın öz siyasi kursunu ABŞ-a meylli yürütməsi İranın ən böyük tərəfdaşı olan Rusiyanın maraqlarını tapdamaqdan başqa bir şey deyil.

Xatırladaq ki, hələ ötən ilin sonlarında Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsini icra edərkən çıxışlarından birində “Ermənistanın açıq olduğu hesab edilən, lakin əslində yarıaçıq vəziyyətdə olan 2 sərhəddi var. İranla münasibətlər geosiyasi təsirlərdən azad olmalıdır” deyə Ermənistan-İran sərhəddinin hər an bağlana biləcəyin işarə eləmişdi.

Bu çıxışdan dərhal sonra Ermənistan parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasının sədri Armen Aşotyan parlamentin tribunasından XİN vəzifəsini icra edən Zöhrab Mnatsakanayana üz tutaraq, İranla sərhəddin de-fakto bağlana biləcəyi halda “Ermənistanla Qarabağ (qondarma qurum-red.) hansı addımları atmağa hazırdırlar?” sualını vermişdi. Z.Mnatsakanyan cavabında “Söhbət bizim milli maraqlarımıza qeyri-qənaətbəxş təsir edə biləcək, daha çox çağırışlar və vəziyyətin müxtəlif cür inkişafı haqqındadır. Biz bu məslədə kifayət qədər diqqətliyik və risklərin qiymətləndirilməsi baxımından iş aparırıq. Bizim xarici siyasətimizdə bütün rol oynayanlarla dostluq münasibətlərimiz var və təhdidləri azaltmaq məqsədilə bu dialoq vasitəsilə çağırışlara cavab verməyə çalışırıq”.

Zöhrab Mnatsakanyanın cavabında gizlənən bəzi məqamlara diqqət yetirək: “Bizim xarici siyasətimizdə bütün rol oynayanlarla dostluq münasibətlərimiz var və təhdidləri azaltmaq məqsədilə bu dialoq vasitəsilə çağırışlara cavab verməyə çalışırıq”. Məhz bu cümlə onu deməyə əsas verir ki, İranla sərhəddin bağlanmasını sifariş verən qüvvənin kimliyini müəyyənləşdirmək mümkün olsun.

Paşinyan isə bir az da irəli gedərək “ABŞ-İran münasibətlərinə və geosiyasi vəziyyətə görə, Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər. Erməni-gürcü sərhədləri də, məsələn, geosiyasi şərtlər, pis hava şəraiti səbəbindən de-fakto bağlana bilər. Ermənistan dənizsiz bir adadır. Bu şəraitdə Ermənistan necə hərəkət etməlidir?” deyə vəziyyəti şərh eləmişdi.

Amerikan görmə cihazları ilə “müşahidə olununan” erməni xəyanəti

Belə olan halda, maraqlı məqamların üzərinə işıq düşür: Deməli, Ermənistan yalnız İranı satmağa hazırlaşmır, həm də Rusiyanı Amerikaya dəyişmək planı, necə deyərlər, artıq icraata götürülüb.

Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həndəvərində peyda olması bəzi ştrixləri büruzə verir.

Qeyd edək ki, ABŞ hökuməti tərəfindən təqdim olunan maddi-texniki dəstəyə mobil laboratoriyalar, optik müşahidə cihazları, siqnal cihazları, rabitə sistemi, ingilis dilinin öyrədilməsi üçün texniki cəhətdən təchiz olmuş sinif və texniki vasitələr daxildir.

Ermənistan MTX-nin direktor müavini Aram Hakobyan sözügedən təqdimetmə mərasimində sərhədçilər və jurnalistlər qarşısında çıxış edərək “Razılaşma çərçivəsində ABŞ hökuməti tərəfindən Ermənistan MTX-yə pulsuz verilmiş bu geniş texniki dəstəkli avadanlıqlar, ləvazimatlar, materiallar, texnologiya, peşəkar hazırlıq və xidmətlər şəklində Ermənistan və qonşu dövlətlərin sərhəd təhlükəsizliyinin təmin edilməsinə xüsusi töhfə verəcək. Əminik ki, maddi-texniki dəstək davamlı olacaq və Ermənistanın sərhəd təhlükəsizliyi təmin edilməsinin keyfiyyət ölçülərinin yüksəldilməsinə töhfə verəcək” deyib.

Müsəlman ölkələri ilə sərhəddə ingilis dili dərsi

Ermənistan təhlükəsizlik xidməti səlahiyyətlisinin bu çıxışını analiz edək. Belə çıxır ki, sərhədlərin qorunması üçün ABŞ-dan alınan yardımın effektivliyinə böyük ümidlər bəsləyən Ermənistan hazırda onun Türkiyə və İranla sərhədlərini qoruyan Rusiya sərhədçilərinin xidmət keyfiyyətindən ciddi narazıdır.

Burada bir məqama xüsusi diqqət yetirək: 328 km-lik Türkiyə-Ermənistan sərhədi boyunca iki sərhəd-buraxılış, keçid məntəqəsi mövcuddur. Bunlardan biri “Alican” keçid məntəqəsi avtomobil yolu, digəri isə, “Doğukapı” sərhəd-keçid məntəqəsi dəmir yolu üzərində yerləşir. İkinci məntəqədə Türkiyə və Ermənistan sərhədlərini ayıran Arpaçay üzərindəki “İpək yolu” köpüsü tamam çökdüyündən buradan istifadə mümkünsüzdür. Sözügedən sərhəd keçid məntəqələrinin yerləşdiyi sərhəd zolaqları Ermənistan tərəfdən məhz bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd bölmələri tərəfindən qorunur. Anoloji hal İranla sərhəddə də mövcuddur. Burada da iki sərhəd keçid məntəqəsi var. Həmin mətnətəqlərin də yerləşdiyi sərhəd zolaqları məhz Ermənistan hərbiçiləri tərəfindən mühafizə edilir. Əks halda, niyə Vaşinqtondan alınan yardıma belə ehtiyac duyulsun ki? Digər tərəfdən də, yardıma daxil olan texniki vasitələrin növünü və təyinatını nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, Ermənistan Azərbaycanla həmsərhəd olan ərazilərdə sərhəd mühafizəsi texnikalarından yox, birbaşa döyüş vasitələrindən istifadə edir. Digər tərəfdən ingilis dilini öyrənmək üçün gətirilən vasitələr də, Azərbaycanla müharibənin başlayacağı təqdirdə işə yaramayacaq. Texniki vəsaitlərin və vasitələrin çeşidlərindən görünür ki, sözügedən yardımın daha çox beynəlxalq əhəmiyyətli sərhəd məsələlərində tətbiqi nəzərdə tutulub. Yəni, Ermənistana əliaçıqlıq nümayiş etdirən ABŞ-ın əsas hədəfi rəsmi İrəvanın Türkiyə, Gürcüstan və İranla həmsərhəd bölgələridir. Hələ ki, onların qarşısını 102-ci baza kəsir...

Deməli, Ermənistanda Rusiya Hərbi bazasının bərqərar olduğu eranın sonuna doğru hərəkət başlanıb.... Bu canlanma bölgə üçün çox təhlükəli proseslərin başlanğıcını yaxınlaşdırır.

Anoloi proseslər Rusiya Silahlı Qüvvələrinin Ermənistanda olduğu kimi hərbi bazası yerləşən daha bir neçə ölkənin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Belarus, Moldova (Dnestryanı bölgə), Ukrayna və s dövlətlərin ətrafında da Amerika və Rusiyanın “gizlən-qaç” oyunları davam edir... Nəzərdən qaçırmayaq ki, artıq ABŞ tanklarının Belarus sərhəddində peyda olması haqda da informasiyalar yayılmaqdadır.

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   ABŞ   102-baza  

İrəvana həm sipər, həm də sitəm olan 102-ci hərbi baza - ANALİZ

2019/10/37587-1572003089.jpg
Oxunub: 7214     10:11     26 Oktyabr 2019    