Türkiyəyə silah tədarükünü dayandıran ölkələr yerli sənayeyə təsir edə bilərmi? - HƏRBİ EKSPERT

2019/10/17524-1572003784.jpg
Oxunub: 2464     16:09     29 Oktyabr 2019    
Suriyanın şimalında Türkiyənin "Barış Pınarı" əməliyyatına başlaması, ona müvəqqəti fasilə verilməsi, fasilənin bu gün başa çatması dünya KİV-lərinin gündəmini zəbt etməkdə davam edir. Bu hərəkata mane olmaq istəyən Avropa ölkələri bir anda anladılar ki, onların Ankaraya qarşı istifadə edəcəyi işlək təzyiq mexanizmləri yoxdur. Buna görə də son addım kimi Avropa ölkələri, onların arasında təəssüflər olsun ki, NATO ölkələri çoxluq təşkil edir. Onlar Türkiyəyə silah satışını bu və ya digər şəkildə dayandırmaq qərarına gəldi. Silah satışının dayandırılması barədə ilk bəyanatlar "Barış Pınarı" əməliyyatının 4-cü günündə Aİ-nin yaradıcılarından olan Almaniya və Fransadan gəldi.

Şənbə günü Almaniya Xarici İşlər naziri Heiko Maas, Türkiyə ordusunun Suriyanın şimal-şərqində əməliyyat keçirməsi səbəbi ilə Federal hökumət, Türkiyənin Suriyada istifadə edə biləcəyi bütün hərbi təchizatın satışına icazə verməyəcək, bəyanatını səsləndirdi.

Axşam saatlarında isə Fransa Müdafiə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada eyni səbəblərlə Türkiyəyə hərbi təchizat satışının təxirə salındığı ifadə edildi.

Almaniya və Fransadan sonra Şimali Avropa ölkələrindən Finlandiya, Norveç, Çexiya, İtaliya, İspaniya, Belçika, Hollandiya, İsveç və Böyük Britaniya Türkiyəyə hərbi məhsulların ixracatını bu və ya digər formada dayandırmaq qərarı aldıqlarını açıqladılar.

Rəsmi Paris əməliyyata cavab olaraq Türkiyəyə silah satışını dayandırmaq mövzusunda Aİ-nin ortaq bir qərar qəbul etməsini təklif etdi. Bu çağırışa müsbət cavab verən ölkələrin sayının getdikcə artmasına baxmayaraq, Lüksemburqda toplanan Aİ Xarici İşlər nazirləri, Türkiyəyə silah embarqosu tətbiq olunması mövzusunda vahid mövqeyə gələ bilmədi. Burada Macarıstanın Türkiyənin yanında olmasını da vurğulamaq lazımdır. Ən kiçik fikir ayrılıqlarında Türkiyəyə silah embarqosu tətbiq edən Almaniya, məlum olmayan səbəblərdən səsvermə zamanı az əvvəl qəbul etdiyi öz qərarını və Fransanın son təklifini dəstəkləmədi.

Bununla yanaşı Azərbaycan, Pakistan, Macarıstan və Qətər Türkiyənin keçirdiyi antiterror əməliyyatını dəstəklədi. Digər türk dövlətləri də bu əməliyyata səssiz qalmadılar, lakin onların dəstəyi birmənalı ifadə olunmadı. Çin və Rusiya sanki bitərəf qaldı, əməliyyatı qınamasalar da, dəstək də vermədilər. İranın münasibəti isə həmıdan çox öz ölkə vətəndaşlarını və parlamentin bəzi üzvlərini heyrətləndirdi. Fələstin də daxil olmaqla, bütün ərəb dünyasının (Qətər xaric) əməliyyatları qınaması Ankaranın gələcək xarici siyasət planlarında bəzi korreksiyalar etməsinə səbəb ola bilər.

Türkiyə-NATO münasibətləri

Beləliklə, Türkiyənin antiterror əməliyyatına etiraz edərək embarqo tətbiq edən 11 ölkənin hamısı, Norveç istisna olmaqla, Türkiyənin 40 il qapısında gözlədiyi Aİ-nin üzvüdür. Bu, işin siyasi tərəfi olduğuna görə buna toxunmaq istəmirəm. Lakin işin hərbi tərəfi də mövcuddur.

Çünki bu ölkələrin hamısı, Finlandiya və İsveçdən başqa, Türkiyə ilə NATO-da müttəfiqdir. 67 illik Alyansa üzvlüyü müddətində Türkiyənin NATO-dan ciddi və tam dəstək aldığını xatırlamırıq. İstər 1964-cü ildə (ilk dəfə Şimali Kipr əməliyyatına hazırlaşanda), istər 1973-cü ildə (Şimali Kipr əməliyyatını keçirəndə), istər Suriya və İraq ərazilərində keçirilən antiterror əməliyyatlarında, istərsə də Rusiyanın onun hava ərazisinə daxil olduqda, Türkiyə ikinci böyük Quru Qoşunlarına malik NATO üzvü kimi layiq olduğu hərbi-siyasi dəstəyi Alyansdan əldə edə bilmədi. Bu məsələlərlə maraqlanmayan insanda Alyansın üzvünün Türkiyənin deyil, PKK/YPG terror qruplaşmasının olduğu təəssüratı da yarana bilərdi.

Halbuki, Ankara hələ NATO-ya üzv deyilkən koalisiya ilə Koreya yarımadasında çiyin-çiyinə silahlı mübarizədə yaxından iştirak edirdi. Türkiyə NATO-ya üzv olduğu müddətdə bütün hərbi və sülhməramlı əməliyyatlara daim dəstək verib, hər dəfə əməliyyat və münaqişə zonalarındakı koalisiya tərkibinə şəxsi heyət və texnika göndərib, ərazisində NATO əməliyyatlarını təmin etmək üçün 15 ədəd aviasiya, erkən xəbərdarlıq, logistik dəstək, dinləmə mərkəzi, sursat, texniki xidmət, təlim, yanacaq və s. təyinatlı bazalar yerləşdirib. İncirlik aviabazasında nüvə silahlarının mövcud olduğu da iddia edilir. Yaxın Şərqdə və Asiyada keçirilən NATO hava əməliyyatlarının əksəriyyəti Türkiyə ərazisindəki aviabazalardan həyata keçirilib. Embarqo tətbiq edən ölkələrin çoxunun, məsələn Almaniyanın, Fransanın NATO fondlarına ödənişlə bağlı borcu olduğu halda, daha zəif maliyyə imkanlarına malik Ankara bu mövzu ilə bağlı heç bir problem yaratmayıb və bu fondlara 3.6 milyon qaçqını təmin etdiyi vəziyyətdə belə yenə də borcu yoxdur.

Ümumiyyətlə Türkiyə 30 ildən artıq terrorla mübarizə aparan yeganə NATO dövləti olsa da, Alyans üzvlərinin bəziləri bu barədə hərdən yumşaq bəyanatlar səsləndirməklə kifayətlənib və heç zaman real addım atılması üçün qərar qəbul etməyib. 2012-ci ildə Türkiyənin hərbi təyyarəsinin Suriyadan atılan raketlə vurulması, 2 pilotunun həlak olması, ərazisinə açılan artilleriya atəşi nəticəsində 5 nəfər mülki sakinin həlak olması ilə bağlı NATO-ya müraciət edəndə belə Alyans tərəddüd etdi. Halbuki Türkiyənin hava məkanı və təyyarəsi, eyni zamanda həm də Alyansın hava məkanı və təyyarəsi hesab edilir.

Türkiyə bu hadisədən sonra NATO-ya müraciətində "Patriot" HHM sistemi tələb etdi. Türkiyəyə yerləşdirilən Niderland qüvvələri 2015-ci ilin yanvarında öz yerini ispanlara verərək Türkiyədən çıxdı. ABŞ avqustda, Almaniya isə ilin sonunda İskəndərun limanı vasitəsilə regionu tərk etdi.

2016-cı ilin ortasında İtaliya SAMP-T ZRK-dan ibarət HHM sistemini qurdu. Hazırda Türkiyə ərazisində İspaniyanın "Patriot" və İtaliyanın SAMP-T ZRK batareyası mövcuddur, bu isə təbii ki, 1000 km-lərlə Türkiyə sərhədlərini qorumağa yetərli deyil. Onların daha əvvəldən davamlı olaraq geri çəkilməsi məsələsi gündəmə gətirilir. İndi isə hər iki ölkənin silah embarqosuna qoşulması, ilin sonunadək bu batareyaların ölkədən gedəcəyini ehtimal etməyə əsas verir.

Beləcə Türkiyə, Suriyadan gələn hava təhdidinə qarşı ən azı 2015-ci ildən yalnız buraxılıb. İllərlə "Patriot" komplekslərin Türkiyəyə satılmaması və süründürməçilik, sonunda Rusiyadan S-400 ZRS-nin alınmasına səbəb oldu. Onların raketlərinin çatdırılması və döyüş mövqelərinə yerləşdirilməsi gələn il tam başa çatdırıla bilər.

Embarqo tətbiq edən ölkələrlə silah idxal və ixracının həcmi

Türkiyəyə silah satmamaq qərarına gələn ölkələrlə Ankara arasındakı hərbi-texniki sahədə əməkdaşlıq münasibətlərinə bəzi rəsmi rəqəmlərə diqqət yetirməklə aydırlıq gətirmək mümkündür.

Fransa 2018-ci ildə Türkiyəyə 45.1 milyon avro dəyərində silah ixrac edib. Fransa Müdafiə Nazirliyinin məlumatlarına görə, Paris son 10 ildə Türkiyəyə 594 milyon avro dəyərində silah ixrac edib.

Almaniya isə keçən il Türkiyəyə 243 milyon avro dəyərində silah ixrac edib. Bu Almaniyanın ümumi silah satışının üçdə birini təşkil edir. Almaniya bu ilin ilk dörd ayında Ankaraya 184 milyon avro dəyərində silah və avadanlıq göndərib.

2018-ci ildə Finlandiya bütün ölkələrə cəmi 128 milyon avro dəyərində silah ixrac edib. Həmin ildə Türkiyəyə təxminən 17 milyon avroluq hərbi təchizat satılıb.

2018-ci ildə Norveç 6 milyon avro, Niderland 42 milyon dollar dəyərində Türkiyəyə silah satışı reallaşdırıb.

Bu ölkələr siyahısına qoşulmayan Kanada Xarici İşlər Nazirliyinin məlumatlarına görə, 2018-ci ildə Türkiyəyə edilən silah ixracatının həcmi təxminən 87 milyon Kanada dollarına ( 31.8 milyon ABŞ dolları) bərabər olub.

Türkiyənin silah idxalı və ixracına dair 2018-ci ilin məlumatları müxtəlif mənbələrdə fərqli rəqəmlərlə ifadə olunur. Məsələn, Almaniya Xarici İşlər Nazirliyi 2018-ci ildə Türkiyəyə 243 milyon avro dəyərində silah satıldığını (yəni SIRPI məlumatını təsdiqləyir) qeyd etsə də, Türkiyə Statistika Təşkilatının məlumatına görə eyni dövrdə Almaniyadan 14 milyon dollar dəyərində silah idxalı olunub.

Almaniya XİN-lə TÜİK kimi iki rəsmi qurumun məlumatları arasında 16 dəfədən böyük fərq mövcuddur, bu isə bənzər mövzuların araşdırılması prosedurlarını çətinləşdirir. Digər tərəfdən isə bəzi ölkələr satınalmaları ölkə miqyasında deyil, qoşun növlərinə görə göstərir.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyə 2018-ci ildə "Silahlar və sursat, onların hissələri və ləvazimatları" gömrük koduyla 365 milyon dollarlıq məhsul idxal edib. Bolqarıstan 100 milyon dollarlıq türk məhsulu alaraq bu idxal siyahısında birinci yeri tutub. Silah satışını məhdudlaşdıran ölkələrdən İtaliya, Almaniya və Çexiya müvafiq olaraq Türkiyənin ən çox silah idxal etdiyi 8-ci, 9-cu və 10-cu ölkələrdir.

Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Dərnəyinin 2018-ci il fəaliyyət hesabatına görə, Türkiyə 2018-ci ildə 1.6 milyard dollar dəyərində məhsul idxal edib. Onların yarısı Aİ-dən, 41.8 faizi ABŞ-dan, 7.6 faizi isə digər ölkələrdən olub.

SIRPI isə Türkiyənin 2014-2018-ci illər arasında xaricdən aldığı silahların 60%-ni ABŞ-dan, 17 %-ni İspaniyadan, 13 %-ni isə İtaliyadan idxal etdiyini yazır. 2019-cu il üçün rəsmi rəqəmlər hələ tam açqlanmasa da, burada Rusiyadan idxal edilən S-400 Zenit Raket Sistemlərinin yüksək dəyəri, həm də Rusiyanın türk istehsalı olan ANKA, Bayraktar və AKINCI zərbə PUA-ları və onların ROKETSAN raketləri ilə yaxından maraqlanması, bəlkə də artıq onları əldə etməsi, həmçinin Ukrayna ilə münasibətlərin yeni mərhələsinin əvvəlki ilin statistikasına ciddi təsir edəcəyi şübhəsizdir.

SIRPI-nın qlobal silah ixracı ilə bağlı hesabatına görə, Türkiyə 2014-2018-ci illərdə silah ixracatını 2009-2013-cü il ilə müqayisədə 170 faiz artırıb. Hazırda ABŞ, Rusiya, Fransa, Almaniya və Çin silah ixracına görə ilk beşlikdə yer alır, Türkiyə isə artıq 14-cü yerdədir. Türkiyənin 2014-2018 illər arasında ən çox silah ixrac etdiyi ilk 3 ölkə arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkmənistan və Səudiyyə Ərəbistanı yer alıb. Silah ixracatının 30 faizi BƏƏ-yə, 23 faizi Türkmənistana və 10 faizi Səudiyyə Ərəbistanına gerçəkləşdirilib. Lakin bu sıralamanın da Pakistan, Malayziya, Qətər ilə bağlanan iri müqavilələr hesabına dəyişəcəyi gözlənilir.

Türkiyə hansı silahı kimdən alır?

Türkiyənin arsenalında mövcud olan silahlar arasında ABŞ istehsalı məhsullar geniş yer alır. Bunlara F-16 və F-4 qırıcıları, "Bell" və "Sikorsky" helikopterlərinin müxtəlif versiyaları, "Boeing" KS-135 təyyarələri, M48 və M60 əsas döyüş tankları, M113 piyada döyüş maşınları, M88 zirehli personal daşıyıcıları, M55 HHM vasitələri, M113A1, M101, M107, M110, M114, M115, M116, M125 artilleriya qurğuları, M270 YARS-ları, M1, M19, M29, M30 minaatanları, BGM-71A/B/C və TOW I/II/A/B versiyalı TƏİRK-lər və onların raketləri, Mk-19 lüləaltı qumbaraatanı, M16A4, M16A2 tüfəngləri, M4A1 karabinləri, EDM "Windrunner" snayper tüfəngləri, "Barret" M82 antimaterial tüfəngləri, Belçika ilə birgə istehsal edilən M-49 pulemyotu, "Browninq 50" və M60 pulemyotları, TAC-50 antimaterial snayper tüfəngləri aid edilə bilər.

Almaniyanın "Leopard" əsas döyüş tankları, MK-20RH 202 HHM vasitələri, C-160 yük əyyarələri, AG36 lüləaltı qumbaraatanları, İtaliyanın "Agusta-Bell" və "Alenia Aeromacchi" helikopterləri, İsveçin L60 və L70 "Bofors" HHM vasitələri, Kanadanın NF-5/6 "Canadair" döyüş təyyarələri, İspaniyanın A-400 "Airbas" təyyarələri, Cənubi Koreyanın KAİ KT-1 təlim təyyarələri, Azərbaycanın "İstiqlal" antimaterial snayper tüfəngləri, Böyük Britaniyanın "Accuracy International" PM snayper tügəngləri, Finlandiyanın SAKO TRG-42 snayper tüfəngləri, Fransa- Almaniya birgə istehsalı "Milan" TƏİRK-ləri, Rusiyanın RPQ-7 qumbaratanları, 9M113 "Konkurs" və "Kornet-E" TƏİRK-ləri, Fransa-Kanada istehsalı ERYX TƏİRK-ləri, Macarıstanın "Gepard" antimaterial tügəngləri də idxal məhsulları arasındadır.

Bu silahların böyük əksəriyyəti əvvəlki illərdə idxal edilib, lakin onların ehtiyat hissələrinə və sursatlarına zərurət tam aradan qalxmayıb. Lakin bu o demək deyil ki, Türkiyə yalnız silah idxal edir. Son 4 ildə Türkiyənin müdafiə və sənaye ixracatı, silah istehsalının əvvəlki 4 illə müqayisədə 70 % artdığını öncəd də qeyd etmişdik. Son ilin göstəricilərinə gəldikdə isə 2018-ci ildə Türkiyə 2 milyard 35 milyon dollar dəyərində yalnız müdafiə və aviasiya məhsulları ixrac edib. Türkiyənin əsas müdafiə və aviasiya məhsulları ABŞ-a (726 milyon dollar), Almaniyaya (223 molyon dollar), Omana (153 milyon dollar) və Qətərə (83 milyon dollar) ixrac edilib. Sonrakı yerləri Niderland (75 milyon dollar), Hindistan (71 milyon dollar), Azərbaycan (63 milyon dollar), Böyük Britaniya (53 milyon dollar), Polşa (51 milyon dollar), Fransa (46 milyon dollar), BƏƏ (35 milyon dollar), Ukrayna (32 milyon dollar), İspaniya (28 milyon dollar), Seneqal (27 milyon dollar), Banqladeş, Malayziya (21 milyon dollar) və Belçika (20 milyon dollar) tutur. Burkino Faso, Kanada, Filippin, İtaliya, Pakistan, Bəhrejn, İsveçrə və Çada ixrac edilən məhsulların dəyəri isə 20 milyon ilə 10 milyon arasında dəyişir.

Qərb Türkiyəni məqsədyönlü şəkildə yerli istehsalını inkişaf etdirməyə, Çin, Rusiya və Ukrayna ilə əməkdaşlığını gücləndirməyə yönəldir

S-400 ZRS alınmasına görə ABŞ həm Türkiyənin F-35 proqramında iştirakına xitam verdi, həm də "Patriot" HHM sisteminin satılmasına icazə vermədi. ABŞ-ın bu qərarları hər iki ölkə arasındakı əməkdaşlığın səviyyəsinə və həcminə mütləq ciddi təsir göstərəcək.

Xatırladaq ki, NATO-ya Türkiyə ilə eyni zamanda daxil olan olan Yunanıstan bir neçə il əvvəl Rusiyadan S-300 ZRS əldə edib, lakin ABŞ və Avropa ölkələri tərəfindən tənqidə belə məruz qalmayıb. Heç kim bu suala hələ də cavab tapa bilmir ki, eyni statuslu iki ölkənin biri üçün alınması mümkün olan silah sistemi, niyə görə digəri üçün qadağan edilməlidir?

Silah idxal edən ölkələrin siyahısına Hindistan, Səudiyyə Ərəbistanı və Misir başçılıq edir. Türkiyə bu siyahıda 2008-2012-ci illər arasını əhatə edən dövrdə 6-cı sırada idi, 2013-2017-ci illəri əhatə edən son hesabatda isə 12-ci sıraya qədər geriləyib və bu tendensiya davam edir. Türkiyənin müdafiə sənayesinin son illərdə əldə etdiyi nailiyyətlərə, istehsal etdiyi hərbi təyinatlı məhsulların nomenklaturasına baxdıqda məlum olur ki, Ankara silah idxalından asılılığı minimum endirmək, dolayısı ilə embarqolardan təsirlənməmək və eyni zamanda əsas silah idxalçısı statusunu təsdiq etmək üçün ciddi addımlar atıb. Əsasən idxal edilən məhsulların kənar sərmayə cəlb etmədən yerli və milli istehsalına üstünlük verilir. Artıq bir çox nadir silah sistemlərinin azsaylı istehsalçılarının ilk beşliyində Türkiyə şirkətlərinə rast gəlinir. Türkiyə müdafiə sənayesi müasir zirehli vasitələr, helikopterlər, PUA-lar, elektro-optik sistemlər, lazer silahları, idarəolunan sursatlar, atıcı silahlar sahəsində milli istehsala nail olub.

ABŞ-dan HHM və 5-ci nəsil qırıcı əldə edə bilməyən Türkiyə Rusiya ilə S-400 ZRS mövzusunda çox qısa zamanda anlaşdı. Qırıcı təyyarələrin əldə edilməsi barədə hələlik danışıqlar gedir.

Aviasiya vasitələrinin, raketlərin və zirehli vasitələrin mühərriklərinin alınmasında davamlı problemlərlə qarşılaşan Ankara bu məsələdə istiqamətini Almaniyadan Ukraynaya çevirmək məcburiyyətində qaldı. Yenə də qısa zaman ərzində həm qarşılıqlı əməkdaşlıq əlaqələri quruldu, həm də birgə müəssisələr fəaliyyətə başladı.

Almaniya şirkətlərinin Türkiyədə inşa edilən və 2020-ci ildə təhvil verilməli olan "Reis" sinifli sualtı qayıq layihələrindən ("Simens" şirkətinin nüvə reaktoru ilə təchiz ediləcəyi ehtimal olunurdu) çəkilməsi isə daha çox alman şirkətinə ziyan vura bilər. Türkiyə artıq öz tərsanələrində yerli layihələri ilə müttəfiqləri üçün hərbi gəmi inşaatına başlayıb. Bu istiqamətdə Rusiya və Çin ilə əməkdaşlıq, küsəyən rəsmi Berlinə alternativ kimi qəbul edilə bilər.

Bundan başqa Almaniyadan Türkiyəyə "Leopard" tankı, aviasiya və gəmilər üçün dizel və turbopərli mühərriklər, həmçinin onların ehtiyat hissələri ixrac olunurdu.

Demək olar ki, hər kiçik hadisəyə görə 100 illik müttəfiqinə embarqo tətbiq edən Almaniyanın müdafiə təyinatlı ixracatının 30 %-ni əldə edən Türkiyə ilə münasibətlərində soyuqluq yaşaması hər iki tərəfin həm iqtisadi, həm də siyasi maraqlarına ziddir. Digər tərəfdən isə Almaniyanın əvvəllər embarqo tətbiq etməsi və sonuncuya qoşulmasını, Avropanın vahid embarqosuna yox deməsi və bu ilin ilk dörd ayında Ankaraya 184 milyon avro dəyərində silah və avadanlıq satması kimi iki bir-birilə tərs mütənasib fəaliyyətini məntiqlə izah etmək və uzlaşdırmaq mümkün olmur.

Fransa ilə Türkiyənin son hərbi-texniki əməkdaşlığı əsasən bu ilin 1-ci yarısında SAMP-T Zenit Raket Kompleksi batareyasının və kəşfiyyat məqsədli aviasiya vasitələrinə quraşdırmaq üçün "Ocean Master" radarlarının alınması ilə bağlı olub. Türkiyə buna alternativ olaraq "Hisar-A" zenit raketlərinin sınaqlarını tamamlayıb, "Hisar-O" zenit raketlərinin inkişafı davam etdirilir. Bundan başqa Ankara Rusiyanın "Pantsir" ZRK-ları ilə də maraqlanır. RLS-lərin isə silah bazarında alternativləri kifayət qədərdir.

İtaliya ilə əməkdaşlıq həqiqətən də geniş miqyasa malik olub. SIPRI-nın məlumatlarına görə, Türkiyə 2014-2018-ci illər ərzində dünyanın 9-cu silah ixracatçısı olan İtaliyanın ən böyük silah idxalçısı olub. Bu əməkdaşlığın əsas aspektlərinə A-129C "Mangusta" (Türkiyədə ATAK) helikopterlərinin və "Göktürk-1" müşahidə peykinin birgə istehsalı, "Meltem III" layihəsi çərçivəsində 6 ədəd ATR72-600 təyyarəsinin Dəniz Patrul Təyyarəsinə çevrilməsi layihəsi, "Agusta-Bell" və "Alenia Aeromacchi" helikopterlərinin texniki xidməti və ehtiyat hissələrinin təchizatı, "MilGem" döyüş gəmilərinə quraşdırılan 76 mm-lik "Compact 40L70" və "Super Rapid" universal gəmi toplarının İtaliyadan idxalı və s. olub.

T-129 ATAK helikopterlərinin yeni versiyalarının istehsalından İtaliya şirkətinin çəkilməsi, hətta ABŞ-ın mühərrik təqdim etməməsi vəziyyətə ciddi təsir edə bilməz. Çünki artıq ATAK helikopterlərinin mühərriki üçün çalışmalar yekunlaşmaq üzrədir, Ukrayna isə alternativlər təklif edir. TSQ-nin tələbatına qismən yetəcək sayda helikopter artıq istifadədədir, ehtiyac duyulan potensial əldə edilib. Yeni modellərin istehsalı və ixracı davam edir. Digər tərəfdən isə yüngül helikopterlərlə eyni döyüş imkanlarına malik, lakin daha təhlükəsiz zərbə PUA-larının Türkiyədə yerli istehsalı İtaliya embarqosunun təsirlərini neytrallaşdırır. ATR72-600 təyyarəsinin Dəniz Patrul Təyyarəsinə çevrilməsini bir çox ölkə yerinə yetirə bilər, YARS və haubitsa istehsalından sonra 76 mm-lik topların haradan və necə əldə olunacağını müzakirə etmək bir o qədər də ciddi səslənmir. "Göktürk-1" müşahidə peykinin birgə istehsalı ilə bağlı məlumatların məhdud olması, onun alternativi barədə fikir söyləməyimə imkan vermir. Lakin ehtimal olaraq burada Ankaranın başlıca problemi, cəmi barmaqla sayılacaq ölkələrdə istehsal edilən reaktiv mühərriklə bağlıdır. Rusiya və ya Çin ilə, bəlkə də Pakistanla bu məsələ həll edilə bilər. Göründüyü kimi, Türkiyənin İtaliyanı əvəz edə biləcək ən azı 2-3 alternativ variantı mövcuddur, bəs Romanın Ankara kimi 500.000 minlik Orduya sahib alternativi varmı? Deməli, İtaliyanın ümumi ixracatının ildən ilə azalması fonunda ən böyük ixracatçısına embarqo tətbiqi ilk növbədə rəsmi Romanın öz maraqlarına ciddi zərbə vuracaq.

İspaniyadan isə son illərdə 1.3 milyard dollara əldə edilən 10 ədəd "Airbus A400M" yük təyyarələri ikili təyinatlıdır. Türkiyəyə verilməli olan 3-cü təyyarənin hələ İspaniyada qəzaya uğraması barədə bəzi cavabsız suallara toxunmaq fikrim yoxdur. Lakin bu model təyyarənin məhdud NATO ölkələri üçün istehsal olunduğunu və bu təyyarələrin Ankara üçün əlçatan alternativlərinin Ukraynada daha uyğun qiymətə satıldığını nəzərə almamaq olmaz. Bu zaman silah embarqosundan itirən tərəfin kim olacağını ehtimal etmək asanlaşır.

Böyük Britaniyanın "BAE Sistems" və "Rolls Royce" şirkətləri Türkiyənin TUSAŞ şirkəti ilə TF-X 5-ci nəsil layihəsində birgə fəaliyyət göstərirdi. Lakin layihədə real vəziyyətin nə yerdə olduğu barədə rəsmi məlumat yoxdur.

Son 3 ildə Türkiyə Böyük Britaniyadan 35 miyon funt sterlinq dəyərində helikopter, PUA, snayper tüfəngi, mərmi, zirehli lövhələr, polad gödəkcələr və dəbilqələr idxal edib. TSQ-də "Accuracy International" PM snayper tügəngləri illərdir ki, istifadə olunur.

Türkiyədə yerləşən BMC birgə şirkətinin "Kirpi", "Amazon" və "Vuran" kimi zirehli maşınları müxtəlif coğrafiyalarda müxtəlif silahlar, kəşfiyyat və nəzarət sistemləri ilə fəaliyyət göstərir, "Altay" layihəsinin seriya istehsalına isə artıq başlanıb. BMC-nin fəaliyyətini bir imza ilə donduracaq qədər cılız bir şirkət olmadığı düşüncəsindəyəm, ən azından bu şirkətlər siyasi qərarlara təsir etmək imkanlarından məhrum deyil.

Niderlanddan isə isə son 4 ildə Türkiyə gəmilərində istifadə etmək üçün 12 ədəd RLS ixrac edilib. Türkiyənin isə Niderlanda ixracı 45 milyon dollar təşkil edib. Türkiyədən idxalın 22% daha çox, yəni 55 milyon dollar olması, kimin kimə daha çox ehtiyac duyduğunun göstəricisi də ola bilər.

Norveçin 6 milyon, Finlandiyanın isə 17 milyon dollarlıq ixaracatını dayandırmasının Türkiyənin müdafiə imkanlarına təsir etməsi inandırıcı deyil. Finlandiya snayper tüfəngləri ilə fərqlənir, lakin onların da kifayət qədər alternativi mövcuddur. Əslində belə bir rəqəmlər TSQ-nin büdcəsi və təchizatı fonunda mazakirə ediləsi rəqəmlər deyil. İl ərzində bir ədəd orta tank dəyərində olan hərbi əməkdaşlığın dayandırılmasının, 500.000-dən çox şəxsi heyətə malik müasir və təcrübəli ordunun döyüş imkanına təsirini qiymətləndirmək belə doğru addım deyil. Bu daha çox kiminsə, məsələn Fransanın xatirinə atılan siyasi addım kimi dəyərləndirilməlidir.

Norveçlə əlaqələr əslində 2017-ci ildə orada keçirilən "Trident Cavelin" adlı NATO təlimində zədələnib. "Müxalif Qüvvələr"ə aid ölkə liderinin fotoları arasında Mustafa Kamal Atatürkün rəsminin yer alması, bunun Türkiyə Silahlı Qüvvələrinin zabiti tərəfindən müəyyən edilməsi, TSQ üzvlərinin təlimi tərk etməsi, NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiyədən üzr istəməsi təşkilatda ziddiyətlərin mövcudluğundan xəbər verirdi.

Nəticə

Türkiyənin antiterror əməliyyatlarına NATO mütəfiqləri tərəfindən dəstək verilməməsi Alyansın üzvləri arasında narazılıqların artacağını göstərməklə yanaşı, təşkilatın vahid qüvvə kimi gələcək fəaliyyətini şübhə altına alır. Daha əvvəl ABŞ ilə NATO üzvü olan Avropa ölkələri arasında maliyyə problemlərinin yaranması, ABŞ-ın qurumu tərk edə biləcəyi barədə idddiaları Alyansda çatların yaranması və ziddiyətlərin daha da dərinləşməsinin göstəricisidir. Əksəriyyəti Aİ üzvü olan NATO ölkələrinin Türkiyəni 40 il Avropa ailəsinə qəbul etməməsi, onların əsl məqsədlərinin sadəcə Ankaranın hərbi potensialından və strateji coğrafi ərazisindən öz maraqları üçün istifadə edərək yararlanmaqdan ibarət olduğuna işarə edir. Bunun tarixi-siyasi səbəbləri isə bir az da qədimə gedib çıxır, lakin bu yazıda buna toxunmayacağıq.

Bütün bunlar isə nəticədə Türkiyənin Qərb silah embarqolarına qoşulmayan Rusiya, Ukrayna, Çin, Pakistan və keçmiş SSRİ ərazisindəki türk dövlətlərinə tərəf istiqamətlənməsini sürətləndirə bilər. Ən yaxın tərəfdaşı olan İsrail ilə Qəzzaya görə münasibətlərinin pozulmasını gözə alan Türkiyənin bütün ərəb dünyasından, o cümlədən Fələstindən Suriya məsələsində dəstək ala bilməməsi, Ankaranın Təl-Əvivlə münasibətlərə yenidən baxmasını da reallığa çevirə bilər. Bəlkə də bu proses Moskva ilə nümunədə olduğu kimi, Azərbaycan vasitəsilə mümkün olacaq. Avropanın bu və ya digər şəkildə embarqo tətbiq etdiyi silah sistemlərinin daha üstün versiyalarını istehsal edən İsrailə də Türkiyə ilə münasibətləri normallaşdırmaq, əvvəlki kimi müttəfiqlik əlaqələrini bərpa etmək və onun kifayət qədər geniş potensiala malik silah bazarına yenidən daxil olmaq maraqlıdır. Bu vəziyyət heç zaman sanksiyalara qoşulmayan yəhudilərin maraqlarına istənilən prizmadan baxdıqda tam uyğun gəlir.

Mənbələr:

https://www.ahaber.com.tr/galeri/gundem/hangi-silahi-nereden-aliyoruz/16
https://odatv.com/silah-ticaretinde-turkiye-nerede--13031831.html
https://www.sozcu.com.tr/2017/ekonomi/en-cok-silah-ithal-eden-11inci-ulkeyiz-1952546/
https://www.dw.com/tr/almanya-t%C3%BCrkiyeye-silah-sat%C4%B1%C5%9F%C4%B1n%C4%B1-ask%C4%B1ya-ald%C4%B1/a-50808297
https://www.haberturk.com/iste-turkiye-nin-savunma-sanayisinde-en-cok-ihracat-yaptigi-ulkeler-2282368-ekonomi
https://www.aksam.com.tr/ekonomi/sipri-turkiyenin-silah-ihracati-yuzde-170-artti/haber-830014
https://www.evrensel.net/haber/388938/hangi-ulkeler-turkiyeye-ne-kadar-silah-satti
http://www.cumhuriyet.com.tr/haber/dunya/1632688/Baris_Pinari_Harek_ti__Bazi_Batili_ulkelerin_silah_satisini_durdurmasi_Turkiye_yi_nasil_etkileyebilir_.html
https://www.bik.gov.tr/bmc-rekor-artisla-devler-listesinde/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Barış-Pınarı   NATO  

Türkiyəyə silah tədarükünü dayandıran ölkələr yerli sənayeyə təsir edə bilərmi? - HƏRBİ EKSPERT

2019/10/17524-1572003784.jpg
Oxunub: 2465     16:09     29 Oktyabr 2019    