Azərbaycanda 3 ölkənin iştirakı ilə 3 strateji təlim: Ermənistanın səfərbərlik elan etməsi əbəs yerə deyil - HƏRBİ EKSPERT

2019/09/1-1569840488.jpg
Oxunub: 2947     15:03     30 Sentyabr 2019    
Hər bir Orduda olduğu kimi Azərbaycan Ordusunun gündəlik həyat və fəaliyyətində təlimlər xüsusi yer tutur. Son iki ay ərzində Ordumuzun cəlb edildiyi təlimlər həm məqsədi, həm də tərkibinə görə kifayət qədər müxtəlifdir. Bu məqalədə keçirilən son təlimlərin hər birini ayrı-ayrılıqda dəyərləndirməyə, məqsədlərini araşdırmağa cəhd edəcəyik.

TurAZ Qartalı

Azərbaycan və Türkiyə HHQ-nin təcrübəli mütəxəssislərinin iştirakı ilə sentyabrın 2-dən 16-na qədər Azərbaycanda “TurAz Qartalı - 2019” təlimləri keçirildi. Heç kimə sirr deyil ki, Türkiyə HHQ-ləri dağlarda terrorla mübarizədə həm NATO-nun, həm də dünyanın bəlkə də ən hazırlıqlı və təcrübəli pilot heyətinə malikdir. Bunu həm İraqda, həm Suriyada, həm də Türkiyənin sərhədlərində PKK/YPG-yə qarşı keçirilən hava əməliyyatları da sübut edir.

Nəzərə alsaq ki, təlimlərdə pilotlar hava və yer hədəflərinə zərbə endirməzdən əvvəl həm də şərti düşmənin HHM sistemini “yarmaq” və ZRK atəşindən “yayınmaq” məcburiyyətindədir, o zaman təlimlərin gerçək əhəmiyyəti daha da aydın görünər. Digər tərəfdən isə türkiyəli pilotlar SSRİ, Azərbaycan pilotları isə NATO təcrübəsini daha dərindən mənimsəklə, müxtəlif təyyarələrin idarəedilməsində, yeni və müasir döyüş üsullarının mübadiləsində, yeni silah sistemləri ilə mübarizədə və birgə uçuşlarda ehtimal olunan düşmənə qarşı uzlaşdırılmış fəaliyyət üçün geniş imkanlar əldə edirlər. Hər iki ölkənin qərargahında xidmət edən zabitlər birgə hava əməliyyatlarının planlaşdırılmasında və qarşılıqlı əlaqənin təşkilində əvəzsiz təcrübə əldə edirlər. Bu tip təlimlər hər iki ölkənin HHQ-sinin bütövlükdə döyüş hazırlığının yüksəldilməsində böyük rol oynayır.

“TurAz Qartalı-2019” təlimlərinə 30-a yaxın hərbi aviasiya vasitələri, eləcə də 300-dən çox hərbçi qatıldı. Təlimlərin ilkin mərhələsində havaya qalxan Türkiyə və Azərbaycan pilotları şərti döyüş rayonunda hədəf koordinatlarının təyin edilməsi və məlumatların ötürülməsi tapşırıqlarını icra etdilər.

Bundan başqa hərbi təyyarələr göydə bir-birini önləmə tapşırığını yerinə yetirərək real döyüşə yaxın vəziyyətlərdə bacarıqlarını nümayiş etdirdilər, ardınca isə hücum aviasiya vasitələri şərti düşmənin təyin olunan koordinatlarda yerləşən yerüstü hədəflərinə zərbə endirərək onları “məhv etdi”.

Təlimin əsas tələblərinə uyğun olaraq, iki müxtəlif aerodromdan havaya qalxan pilotlar hava məkanının təyin olunan nöqtəsində görüşərək birgə qarşıya qoyulan hava döyüşünü yerinə yetirdilər, sonra isə yerüstü şərti düşmən mövqeyinə hücum etdilər. Bu təlimlərdə müxtəlif hücum helikopterləri ilə bərabər MiQ-29, F-16 və Su-25 tipli qırıcı təyyarələrdən geniş istifadə edildi.

Bu təlimlərdə hər iki ölkənin strateji tərəfdaşı olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələrinin müşahidəçi qismində iştirak etməsi, yaxın gələcəkdə İslamabadın da təlimlərdə fəal iştirakını ehtimal etməyə imkan verir.

Gələcəkdə bu təlimlərə Baş qərargahın, Hərbi Dəniz Qüvvələrinin, Əlahiddə Ordunun və Ordu Korpuslarının əməliyyatların planlaşdırılmasına və aviaiya ilə koordinasiyaya cavabdeh zabit heyətlərinin də qatılması məqsədəuyğun olardı. Bu tərkib aviasiya vasitələrinin quru qoşunları ilə müştərək fəaliyyətlərinin planlaşdırılmasına, birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətə, döyüş uzlaşması imkanlarının öyrənilməsinə, quru qoşunlarının maraqlarında havadan zərbə endirən aviasiya vasitələrinin hədəflərə dəqiq tuşlanmasına, həmçinin həm quruda, həm də dənizdə birgə axtarış-xilasetmə tədbirlərinin operativ icrasına münbit şərait yarada bilərdi.

“Eternity-2019”

Beynəlxalq əhəmiyyətli strateji layihələrin Azərbaycan, Türkiyə və Gürcüstanı əhatə etməsi və həmin layihələr əsasında inşa edilən infrstrukturların təhlükəsizliyinin təmin olunması bu dövlətlərin birgə fəaliyyətini daim zərurət olaraq gündəmdə saxlayır. Buna görə də sentyabrın ilk həftəsində Azərbaycan Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təlimi, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsində, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində ciddi əhəmiyyət kəsb edirdi.

Təlimlərin əsas məqsədi hər üç ölkənin ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyinin təmin olunması üzrə iştirakçıların biliklərinin artırılmasından, onların əməliyyat, təlim və analitik bacarıqlarının inkişaf etdirilməsindən, həmçinin mühafizə fəaliyyətini həyata keçirən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsindən ibarət idi.

Təlimin ssenarisinə əsasən, ortaq beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, həmçinin qərargahlarda müvafiq qərarların qəbul edilməsi üzrə fəaliyyətlər ilkin mərhələdə kompüterlərdə icra olundu. Yerinə yetirilən tapşırıqlardan aydın görünürdü ki, müttəfiq ölkələrin bu istiqamət üzrə ixtisaslaşmış taborlarının qərargahları sözügedən infrastrukturların təhlükəsizliyini təhdid edən istənilən hərəkətə, onların fəaliyyətinə xələl gətirə biləcək hər hansı müdaxiləyə operativ şəkildə reksiya verə bilir və təhlükənin aradan qaldırılmasında müvafiq şəkildə təxirəsalınmaz tədbirlər görmək imkanına malikdir.

“Eternity-2019” komanda-qərargah təliminin ikinci mərhələsində isə iştirakçılar tapşırıqları səhra şəraitində icra etdilər. Bu mərhələdə iştirakçılar təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətləri artıq ərazi şəraitində praktiki olaraq yerinə yetirdilər.

Bu təlim sözügedən üç ölkə arasında keçirilən ilk və yeganə formatlı təlimlər deyil. Əslində onlar ölkələrimiz arasındakı münasibətləri və regional əməkdaşlığının hansı səviyyədə olmasının güzgüsüdür. Cənubi Qafqaz regionunda baş verən siyasi-iqtisadi proseslərdən tam kənarda qalan Ermənistanın bu gün özünü Qafqaz birliyindən təcrid etməsi, “Eternity-2019” təlimlərinin fonunda daha qabarıq şəkildə müşahidə olunurdu.

Əslində “Eternity-2019” təlimlərin əsas məqsədi, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə iştirak etdiyi layihələri, Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror təhlükəsindən qorumaqdan ibarət idi. Çünki İrəvanın bu layihələrə mane olmaq üçün əlində terror qruplaşmalarından başqa heç bir mexanizmi yoxdur. Başqa sözlə, “Eternity-2019” təlimlərin keçirilməsini şərtləndirən əsas amil məhz erməni terror təhlükəsidir!

Bir az əvvəl Gürcüstan Azərbaycan münasibətlərinin Keşikçidağ məsələsinə görə birdəfəlik pozulmasını tirajlayan erməni KİV-ləri “Eternity-2019” təlimlərində Gürcüstanın yaxından iştirakından sonra ölü bir sükuta qərq oldular. Dolayısı ilə Gürcüstan Respublikası, Azərbaycan və Türkiyənin keçirdiyi “Eternity-2019” təlimlərində dostcasına fəal iştirak etməklə erməni ideoloqlarının uzun müddət planlaşdırdıqları layihəyə diplomatik şəkildə “i” üzərində nöqtə qoydu.

“Qafqaz Qartalı-2019”

Həm Türkiyənin cənub sərhədləri, həm Cənubi Qafqaz regionu son illərdə həm PKK/YPG, həm də erməni terrorunun təhlükəsi ilə qarşı-qarşıyadır. Bu təhdidlərin qarşısının alınması üçün Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin birgə hərbi təlimlərin təşkili barədə razılaşması daha əvvəllər keçirilən üçtərəfli görüşlər nəticəsində əldə olunub.

Əldə edilən razılaşmaya əsasən, 2017-ci ildən hər 3 ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə “Qafqaz Qartalı” adlı birgə təlimlər keçirilir. Bu təlimlər mütəmadi olaraq növbə ilə tərəfdaş ölkələrdən birinin ərazisində həyata keçirilir. Bəziləri bu qərara əvvəllər şübhə ilə yanaşsalar da, 2017-ci ilin iyun ayının 4-dən 14-ə qədər Azərbaycan-Gürcüstan-Türkiyə xüsusi təyinatlı qüvvələrinin ilk dəfə iştirakı ilə Tiflisdə “Qafqaz Qartalı-2017” birgə səhra təlimləri, həmin ilin sentyabrında isə qərargah təlimləri keçirildi. Bu təlimlər ekspertlər tərəfindən üçtərəfli əməkdaşlığın yüksək zirvəsi kimi dəyərləndirildı. Digər tərəfdən müxtəlif siyasi və hərbi bloklara məxsus ölkələrin xüsusi təyinatlı bölmələrinin iştirak etdiyi və iştirakçı dövlətlərin tərkibinə görə bəlkə də dünyada ən maraqlı formata malik “Efes-2018” təlimlərində birgə iştirak, hər 3 ölkənin ortaq hərbi-siyasi maraqlarının üst-üstə düşməsindən xəbər verirdi. Hər 3 ölkə “Efes” təlimlərində iştirak etməklə bərabər, “Qafqaz Qartalı” təlimlərində də birgə iştirak edirsə, deməli əvvəlki təlimlərdə nəzərə alınması mümkün olmayan və mübarizə metodlarının fərqli kontekstdə dəyərləndirilməsi vacib olan digər məsələlər mövcuddur.

Azərbaycan, Türkiyə və Gürcüstan ərazisindən keçərək Avropaya uzanan neft və qaz kəmərlərini, komunikasiya vasitələrini qorumaqla bərabər hər üç ölkənin seperatizm və terrorizmdən əziyyət çəkməsi, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması, Ermənistanın daim bölgədə qonşuların münasibətlərində yarana biləcək narazılıqları fürsət kimi dəyərləndirməsi, Türkiyənin uzun illər fasiləsiz olaraq terrora qarşı mübarizə aparması, hər bir qonşu dövlətin Ermənistanın ərazi iddiaları ilə qarşı-qarşıya qalması, Ankara, Bakı və Tiflisi bu istiqamətdəki birgə fəaliyyətləri uzlaşdırmağa məcbur edir. “Efes” formatında dəyərləndirilməsi mümkün olmayan digər məsələlər də məhz bunlardan ibarətdir.

Buna görə də, bu ölkələrin birgə hərbi təlimlər keçirməsi əslində Ermənistan və PKK/YPG fəaliyyətinindən doğan bir zərurətdir, buna görə də bu təhdidlər mövcud olduqca bənzər təlimlərin keçiriləcəyi qaçılmazdır.

Digər tərəfdən isə Azərbaycan və Gürcüstanın bu sahədə Türkiyənin böyük təcrübəsindən yararlanması və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirməsi də məqsədəuyğundur. Təlimlərin əsas məqsədlərindən biri də iştirakçı ölkələrin mümkün təhlükələrdən müdafiəsinin effektiv təşkil edilməsindən ibarətdir.

Bu ilin sentyabrın 23-dən isə hər üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb. Təlimlərdə hər ölkədən bir xüsusi təyinatlı bölük tam təchizatı ilə iştirak edir. Təlimlərdə üç ölkənin xüsusi təyinatlılarının birgə əməliyyat planlaşdırması, icrası, terrorizmlə mübarizə imkanları nəzərdən keçirilir.

Türkiyə ilə Azərbaycanın xüsusi təyinatlılarının birgə təlimlərində Gürcüstanın da yaxından iştirak etməsi, az əvvəl Bakı ilə münasibətlərinin sərhəddəki məbəd məsələsinə görə pozulacağı ümidilə Tiflislə diplomatik münasibətləri daha üst səviyyəyə daşımaq istəyən İrəvanın planlarını alt-üst etdi. Digər tərəfdən isə təlimlərin terrorizmlə birgə mübarizə kimi mövzuda keçirilməsinə Gürcüstanın razılıq verməsi, rəsmi Tiflisin Cavaxetiya məsələsində hələ də erməni seperatçılarının fəaliyyətlərindən narahat olduğunu ifadə etməsi deməkdir.

Təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyyə olunması, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqlar yerinə yetirildi.

Təlimlərlə bağlı rəsmi olaraq geniş məlumatın verilməməsi də əslində gözlənilən idi. Buna görə də təlimlərin gedişini və baş verə biləcək hadisələri yalnız ehtimal etmək olar.

Təlimlərə cəlb edilən şəxsi heyətin ilk növbədə tanış olmayan coğrafiyada səmtləşmə, təyin edilən marşrut boyunca hərəkət, müxtəlif üsullarla kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi, şərti düşmənin (obyektin) tapılması, müşahidənin təşkili, düşmənə və ya obyektə basqın edərək onun ələ keçirilməsi, girovun azad edilməsi, obyektin məhv edilməsi (izlərin silinməsi) və geri çəkilmə kimi elementləri yerinə yetirəcəyi gözlənilir.

Adı çəkilən elementlərin yerinə yetirilməsi isə xüsusi təyinatlılardan dağ təlimi, mühəndis hazırlığı, minaların zərərsizləşdirilməsi, patlayış işi, minalı və məftilli maneə sahələrin keçilməsi, maskalanma, azimutun tapılması, məsafənin ölçülməsi, koordinatların təyin edilməsi, kompasla, günəşlə, saatla, Qütb ulduzu və Ay ilə üfüqün müəyyənləşdirilməsi, izləri tanımaq, rabitə hazırlığı, mərkəz, aviasiya və qrup ilə əlaqə, əl hərəkətləri danışıq, ekstremal tibbi hazırlıq, donma və istivurmaya qarşı tədbirlər kimi səhra vərdişlərinə mükəmməl şəkildə yiyələnməyi tələb edir.

Bölmələrin qiymətləndirilməsində hər bir xüsusi təyinatlı qrupun ayrılıqda və bütövlükdə fərdi ixtisas və fiziki hazırlığı, qrupun döyüş fəaliyyətlərinin qarşılıqlı əlaqələndirilməsi, atəşlə məhvetmənin nəticələri və döyüş tapşırığının yerinə yetilməsinə sərf edilən zaman göstəriciləri kimi əsas parametrləri dəyərləndiriləcək. Böyük ehtimalla qruplar “müşahidənin təşkili” mərhələsində “günlük baza” yaradaraq gizli şəkildə düşmən ərazisində maskalanaraq günün işıqlı vaxtında həm ərazi və ya obyektin izlənməsini, həm də şəxsi heyətin istirahətini həyata keçirəcəklər. Komandir və rabitəçinin qorunmasının vacibliyini vurğulamaq üçün təlimlərin gedişində təlim rəhbərləri tərəfindən müəyyən nəzərdə tutulmayan şərti vəziyyət də yaradıla bilər. Hər bir xüsusi təyinatlının fərdi və qrup şəklində qrupun silahlanmasında olan bütün növ silahlardan sərrast atəş açmasına xüsusi diqqət yetiriləcəyi şübhəsizdir. Çünki istənilən hərbi təlimin son məqsədinin düşmənin alnında böyük bir dəliyin açılmasından ibarət olduğunu bilirik.

“Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələrin hər bir döyüşçüsü həm ölkələrində istehsal edilən silahlardan, həm də digər istehsalçıların avadanlıqlarından istifadə etməklə avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atəş çalışmalarını yerinə yetirmələri və bu mövzuda təcrübə mübadiləsi aparmaları da təlimin müsbət cəhətlərindəndir.

Gecə taktiki-xüsusi hazırlıq təlimlərinə, o cümlədən paraşütlə təyin olunan rayonlara desant çıxarılması da xüsusi diqqət yetiriləcək elementlərdən biri ola bilər.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçularının müşahidəçi qismində iştirak etməsi, önümüzdəki illərdə keçiriləcək təlimlərin formatında dəyişiklik ola biləcəyindən xəbər verir.

Nəticə

Həm müxtəlif qoşun növlərinin genişmiqyaslı təlimləri, həm layihələrin mühafizə və təhlükəsizliyinin artırılması üzrə təlimlər, həm iki və ya üçtərəfli birgə təlimlər, həm də Naxçıvan istiqamətində keçirilən təlimlər, əlavə olaraq bütün təlimlərin döyüş atışı ilə sonlandırılması, digər tərəfdən Azərbaycan Müdafiə nazirinin, Türkiyə Prezidentinin və Pakistan Baş nazirinin Qarabağdakı mövcud vəziyyətin qəbuledilməz olması və erməni silahlı qüvvələrinin işğal altında olan əraziləri tərk etməsi ilə bağlı son bəyanatları, Azərbaycanın hərbi əməliyyatları bərpa edəcəyinin mümkün olmasının göstəricisidir.

Digər tərəfdən isə mövcud vəziyyətdə Paşinyanın artıq BMT və digər tribunalardan verdiyi bəyanatlar, həm də ölkəsində atdığı addımlar faktiki olaraq Azərbaycan üçün digər seçim yeri qoymur.

Odur ki, təlimlərdə əldə olunan təcrübəni və alınan müasir silah sistemlərinin işğalçı üzərində qoşun sınaqlarını keçirməkdən başqa variant qalmayıb. Bunu hamıdan da yaxşı işğalçı ölkənin siyasi rəhbərliyi anlayır. Ermənistanın strateji təlimlərini məhz belə bir zamana planlaşdırması, həm də təlimlər çərçivəsində “misli gürünməyən səfərbərlik” keçirəcəklərini bəyan etməsi, ardınca isə əhalini təşvişə düşməməyə çağırması heç də təsadüfi hesab edilə bilməz. Səfərbərliyin keçirilməsi işğalçı ordunun şəxsi heyətə olan çatışmazlığını ehtiyatda olan hərbi mükələfiyyətli əhali hesabına komplektləşdirmək məqsədi daşıyır. Lakin bu tədbirlərin hərbi əməliyyatların bərpası dövründə hər hansı nəticə verməsi real gürünmür.

Çünki Qarabağda zəruri olan sayda şəxsi heyətin səfərbər edilməsi üçün orada kifayət qədər insan ehtiyatı mövcud deyil, Ermənistanda isə artıq insanlar 30 ildir heç bir ölkəyə tanıtdıra bilmədikləri ərazilər üçün ölmək istəmirlər. Faktiki olaraq işğal davam etsə də, son illərdə baş verən əməliyyatlarda Ermənistan Silahlı Qüvvələrinin ən hazırlıqlı elitası hesab edilən 22-ci xüsusi təyinatlı briqadasının döyüşə girər-girməz pərakəndə şəkildə, bəzilərinin isə silahını belə ataraq döyüşdən qaçdığı səhnə hələ də sosial şəbəkələrdən silinməyib. Belə olan vəziyyətdə ehtiyatdan səfərbər edilən 2-3 yeni hərbi hissənin, döyüşün taleyini texnologiyanın həll etdiyi bir zamanda həll edəcəyi inandırıcı deyil.

Hesab edirəm ki, artıq bəyanat dili ilə deyil, Azərbaycan əsgərinin vuran qolu ilə danışmağın vaxtıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TurAZ-Qartalı   Eternity-2019   QafqazQartalı-2019  

Azərbaycanda 3 ölkənin iştirakı ilə 3 strateji təlim: Ermənistanın səfərbərlik elan etməsi əbəs yerə deyil - HƏRBİ EKSPERT

2019/09/1-1569840488.jpg
Oxunub: 2948     15:03     30 Sentyabr 2019    