Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət münaqişəsi (II YAZI)

2019/09/5c92c-1568980437.jpg
Oxunub: 1503     16:31     20 Sentyabr 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Asimmetriya termininə bir çox yanaşma var. Son bir neçə il ərzində "asimmetriya" və "asimmetrik" sözləri strateji tədqiqatlar və siyasi elmi danışıqlarda daha nəzərəçarpan olub. Silahlı münaqişələrlə bağlı müharibələr, düşmənlər, döyüşlər, strategiyalar, yanaşmalar, seçimlər, çağırışlar və bir çox başqa hadisələr asimmetrik olaraq dəyərləndirilib. Yanaşmaların çoxluğu nəzərə alınarsa, bu, sübutdur ki, bu konsepsiyadan istifadə edərək yalnızca təhdidləri təsvir etmək hərbi komandirlərin ağlında çaşqınlıq yarada bilər. Beləliklə, asimmetriya "sadəcə birinin üstünlüyünü maksimum istifadə etmək" və ya fərqli mübarizə aparmaqdan daha çox məna kəsb edir.

Milli təhlükəsizliyə qarşı asimmetrik çağırışlar anlayışı ABŞ hökumətinin ortaya qoyduğu bir sənəddə tapıla bilər:

Asimmetrik yanaşmalar bizi ABŞ-ın gözlənilən əməliyyat üsulundan əhəmiyyətli dərəcədə fərqlənən üsullardan istifadə edərək zəif cəhətləri istismar edən qüvvələri aşmaq və ya sarsıtmaq cəhdləridir. Bunlar ümumiyyətlə şok və ya qarışıqlıq kimi böyük bir psixoloji təsiri axtarmaqdan ibarət olur. Bununla da rəqibin təşəbbüsünə, hərəkət etmə azadlığına və iradəsinə mənfi təsir göstərilir. Asimmetrik üsullar rəqibin zəifliklərinin qiymətləndirilməsini tələb edir. Asimmetrik yanaşmalar tez-tez yenilikçi, qeyri-ənənəvi taktika, silah və ya texnologiyaları tətbiq edir.

Asimmetrik müharibənin başqa bir təfsiri Robert Bunker tərəfindən müəyyən edilən qeyri-nizami müharibə və ya qeyri-ənənəvi müharibədir. O, qeyri-ənənəvi müharibəni bir milli dövlətin ordusu tərəfindən aparılan ənənəvi müharibələrdən fərqli bir münaqişə forması kimi təyin edir. Bu baxımdan asimmetrik müharibə, əsasən, gizli müharibədir, partizan qrupları, dini kultlar, narkotik kartellər və hətta nizami silahlı qüvvələrin xüsusi qüvvələri kimi komponentlər tərəfindən aşağı intensivliklə keçirilir. Beləliklə, asimmetrik/qeyri-ənənəvi müharibə üzrə praktiki siyasət həyata keçirənlər arasında Sun Tzu, Lettov-Vorbeck, Laurens, Lenin, Mao və Çe Quevara, o cümlədən Karlos Marigella kimi müasir partizan (gerilla) liderləri var.

Həmçinin, illər ərzində asimmetrik münaqişələrin nəticələrini sistematik şəkildə təhlil etmək üçün bəzi cəhdlər edilib və bir neçə asimmetriyalar görülüb. Bu assimetriyalar münaqişənin nəticəsini anlamaq üçün vacib olanı xarakterizə edən bir məsələdir. Rozen asimmetriyanı gücdə nəzərdən keçirir və onu "nəticələri ödəməkdən yayınmaq" kimi qiymətləndirir. Katzenbax "maddi" və "qeyri-maddi resurslar"dakı asimmetriyaları araşdırır. Galtunq "sosial" və "ərazi müdafiəsi" (hədəflərdə asimmetriya) arasında fərqi ortaya qoyur. Kissincer ümumi strategiyada asimmetriyadan bəhs edir (fiziki və psixoloji pozuntular). Kraymer isə "müstəmləkəçiliyə qarşı" və "müstəmləkəçi" partizan müharibələrini fərqləndirir.

Son bir neçə onillikdə qeyri-dövlət aktorlarının istifadə etdiyi müvəffəqiyyətli asimmetrik taktikalar sübut etdi ki, assimetrik müharibə bir iradə yarışıdır. Psixoloji məğlubiyyət, adətən, daha çox zərərverici və daha uzun müddət davam edən olur. Mübahisəli bir şəkildə bunun ən asan yolu düşmənə ən rahat və etibarlı hiss etdiyi yerdən hücum etməkdir.

Bu gün aparıcı mütəfəkkirlər, siyasi məsələlərdə bir inqilaba şahid olduqlarını təsdiq edirlər. Onlar indi böyük dövlətlərin bir-biri ilə müharibəyə getməyəcəyini iddia edirlər. Əksinə, onların zəif dövlətləri, silahlı qrupları, narkotik kartelləri və terrorçuları əhatə edən münaqişələrə müdaxilə etmə ehtimalının daha çox olduğunu düşünürlər. Bu nəzəriyyə yalnız böyük qüvvələr üçün deyil, münaqişələrin həllində müharibələrin məhdudiyyətlərini başa düşən bəzi inkişaf edən qurumlar üçün də xarakterikdir.

Eyni zamanda, bəzən bəzi zəif dövlətlər dövlətin avtoritetinə meydan oxuyub və uğur qazanıblar. Ən yaxşı nümunə Vyetnam-ABŞ müharibəsidir. Bununla yanaşı, son bir neçə onilliklər ərzində bəzi zəif güclər/uğursuz dövlətlər qeyri-dövlət aktorlarını gizli şəkildə dəstəkləyərək güclü dövlətlərin nüfuzuna meydan oxumağa başlayıb.

Assimetrik müharibə terror ilə sinonim deyil. Mövcud ədəbiyyat asimmetrik aktor və terrorçunu səciyyələndirmək üçün bir-birini əvəz edən terminologiyadan istifadə edir. Lakin burada konsepsiya özü səhvdir. Assimetriya və terrorçuların xüsusiyyətləri və davamlı şəkildə hazırlanmaq qabiliyyətinin birləşməsi real problemi ortaya qoyur. Bu iki amil arasındakı ayrılıq və qarşılıqlı münasibətlərin qiymətləndirilməsi nəticəsində yaranmış operativ çətinlikləri həll etmək üçün lazım olan ilk anlayışı təmin edir.

Terror, zəif tərəfin assimetrik qarşıdurmada istifadə etdiyi taktikanın bir hissəsidir. Lakin, bəzən hər hansı təhqiredici çağırışların qarşısını almaq üçün bu fenomen terrorçu üsullardan istifadə edən partizanların dəstəkçiləri tərəfindən asimmetrik müharibə adlanır. Eyni zamanda, təbliğat kampaniyalarının bir hissəsi olaraq işğalçı qüvvələr tez-tez partizanları "terrorçular" adlandırırlar. Bununla da işğal olunan ölkədə və xaricdə partizanlara olan dəstəyi kəsmək niyyəti qarşıya qoyulur. Bu "Bir insanın terrorçusu başqa bir insanın azadlıq döyüşçüsüdür" ifadəsinin köküdür (Assimetrik Hərb).

Asimmetrik döyüşlər bir-birindən fərqli qüvvələr arasındakı döyüşlərdir. Bu döyüşlər, xüsusilə də, hücuma məruz qalan güc təhlükəyə qarşı özünü müdafiə etməyə hazır deyilsə, son dərəcə ölümcül ola bilər. Eyni şəkildə, asimmetrik müharibə iki tərəf arasında elə müharibə kimi təsvir edilir ki, başlanğıcdan asimmetrik mübarizə aparan tərəflərin çox fərqli hədəfləri olur.

"Qeyri-ənənəvi" sözü də asimmetrik müharibəni müəyyən etmək üçün istifadə olunur. Çünki müharibənin ənənəvi surətinə uyğun olmayan üsulları istifadə edir. Burada döyüş meydanında bir-birinə qarşı qoyulan böyük qoşunlar, oxşar strategiya, taktikalar və silahlardan geniş bir şəkildə istifadə edilmir.

Asimmetrik müharibə həmçinin belə də adlandırılır: "Yeni texnologiyadan istifadə etməklə "aşağı" qüvvənin "üstün" qüvvəni məğlub etməsi".

Asimmetrik müharibə geniş perspektivdə rəqibin güclü tərəflərindən qaçınmaqla, gözlənilməz və innovativ vasitələrlə rəqibin zəif cəhətlərinə hücum edən müharibə kimi tanınır.

Asimmetrik strategiyalar "hədəf" (qurban) tərəfindən dəyərləndirilməmiş zəifliklərinə ya da qurbanın məhdud hazırlıqları üzərinə hücum edir. Bu strategiyalar qurbanların və ya yaxın tarixlərdə həyata keçirilənlərdən fərqli olan əməliyyatların konsepsiyalarına (əsasən, tamamilə deyil) əsaslanır. Onlar, adətən, yeni və ya müxtəlif silahlardan istifadə edirlər. Bundan əlavə, onlar qurbanın həyata keçirdiyi ilə eyni olmayan siyasi və ya strateji məqsədlərə xidmət edə bilər.

Bütün bu "anlayışlar" qəbul ediləndir, asimmetrik müharibə bütün bunların hamısının birləşməsi də ola bilər. Buna baxmayaraq, tərifi nə olursa olsun, asimmetrik müharibə üçün üst səviyyə odur ki, o, hər şeyi əhatə edir – strategiya, taktika, silahlar və şəxsi heyət. Məhz bunlar döyüş səhnəsində digərinin üstünlüklərini inkar etməyə vadar edir. Bununla belə, müəyyən bir münaqişə/müharibə tipində asimmetriyanın dəqiq təbiətini müəyyən etmək üçün onun fokusunu daraltmaq vacibdir. Bu, çox vacibdir. Çünki mövcud təriflər dövlət və qeyri-dövlət aktorları arasında münaqişələrə dair asimmetriyanı izah etməkdə kifayət etmir. Buna baxmayaraq, asimmetrik müharibənin işlək tərifini müəyyənləşdirmək lazımdır.

Tərif

Assimetrik müharibə aşağıdakı kimi müəyyənləşdirilə bilər: "Qeyri-dövlət aktorunun dövlətin strateji məqsədlərinə çatmaq üçün iradəsini pozmaq məqsədilə qeyri-ənənəvi vasitələrdən və qeyri-nizami effektə nail olmaq üçün dövlətin zəifliklərinə qarşı taktikalardan istifadə etdiyi bir müharibə formasıdır".

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Asimmetrik-müharibə   Qeyri-ənənəvi-müharibələr  

Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət münaqişəsi (II YAZI)

2019/09/5c92c-1568980437.jpg
Oxunub: 1504     16:31     20 Sentyabr 2019    