“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib - VİDEO
Oxunub: 33086
19:15
05 Avqust 2019
Avqustun 5-də Bakıda keçirilən “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib ki, müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
Bundan əlavə, mətbuat konfransı zamanı iştirak edən heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu il “Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.