ABŞ Azərbaycana 100 milyon dollaradək hərbi yardım edib? – Sarkisyan təşviş içindədir

2019/08/Suren-1564827514.jpg
Oxunub: 23836     15:17     03 Avqust 2019    
“Təhlükəsizliyə yardım xətti üzrə isə Azərbaycana verilən yardım son iki ildə 100 milyon dollar təşkil etsə də, Ermənistana nəzərdə tutulan yardım həcmi “0” təşkil edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ araşdırmaları erməni mərkəzinin təsisçisi Suren Sarkisyan öz “Facebook” səhifəsində Azərbaycana ABŞ-ın hərbi yardımını əsk etdirən inforqafika yerləşdirib.

Bu infoqrafikaya diqqət yetirərkən məlum olur ki, 2001-ci ildə ABŞ-ın Azərbaycana ayırdığı 3.6 mlyon dollardan başlayan yardım, 2019-cu ildə 42.9 milyon dollara çatıb. Həmin infoqrafikaya əsasən, ABŞ-ın Azərbaycana hərbi yardımının həcmi 2008-ci ildə 48.9 milyon dollar, 2018-ci ildə isə 59.6 milyon dollar təşkil edib. Beləliklə, Ermənistanda baş tutan məxməri hakimiyyət dəyişikliyi illərində ABŞ tərəfindən Azərbaycana ayrılan yardımın ən yüksək həddi baş verib.

Sarkisyanın sözlərindən belə məlum olur ki, Birləşmiş Ştatlar üçün bölgədə Azərbaycanın xüsusi əhəmiyyəti var. Bəlkə də, bu Azərbaycanın Əfqanıstan məsələsində silah və sursat daşınması işində, aviabazalardan faydalanmaq da daxil olmaqla, ABŞ-a göstərdiyi logistik yardımı ilə əlaqədardır. Bu addımların ABŞ üçün xüsusi əhəmiyyəti var. Ona görə də, ABŞ-ın Azərbaycana xüsusi diqqət ayırması təəccüblü deyil.

O qeyd edib ki, hazırda açıq mənbələrdən məlumat əldə edilməsinə imkan verən Azərbaycana ayrılan hərbi yardım 2018-ci ilin büdcəsi ilə 2019-cu il üçün, 2017-ci ilin büdcəsi ilə 2018-ci il üçün nəzərdə tutularaq təsdiq edilib. Ona görə də balanslaşdırmaq imkanı və perespektivi yoxdur, çünki ABŞ öz maraqlarını rəhbər tutur.

“Şəxsi maraqlarına isə məhz Azərbaycanla bu kimi münasibətlərin qurulması daxildir. Ona görə ki, Azərbaycan ABŞ üçün strateji əhəmiyyəti olan ölkədir”, - deyə Sarkisyan ifadə edib.

ABŞ tərəfindən Ermənistana hansı qaydada yardım ediləcəyinə dair suala cavabında isə Sarkisyan xarici yardım xətti ilə 2020-ci ildə Ermənistana 6 milyon 750 min dollar veriləcəyini əlavə edib: “Təhlükəsizliyə yardım xətti üzrə isə Azərbaycana verilən yardımı son iki ildə 100 milyon dollar təşkil etsə də, Ermənistana nəzərdə tutulan yardım həcmi “0” təşkil edir. Müqayisə üçün bildirək ki, “Foreign Assistance” xətti üzrə xarici yardım 2019-cu ildə 6.4 milyon dollar olub, 2018-ci ildə 6.80 milyon, 2017-ci ildə isə 26.41 milyon, 2016-cı ildə 23.10 milyon dollar təşkil edib. 2020-ci ildə nəzərdə tutulan vəsaitdən 100.000 dollar təhsil sahəsinə, 800.000 dollar iqtisadi inkişaf sahəsinə, 3 milyon 100.000 demokratiya və insan haqları sahəsinə, 1 milyon 500.000 dollar təhlükəsizlik sahəsinə (bu maddə üzrə münaqişələrin həlli də nəzərdə tutulur), qalan vəsait isə digər sahələrə ayrılıb. “Foreign Assistance” yolu ilə ən çox ayrılan yardım 2011-ci ildə 45.2 milyon dollar təşkil edir. Bu, ABŞ-ın 2020-ci ildə xarici yardım büdcəsi üzrə nəzərdə tutulan yardımdır”.

Sarkisyan iddia edir ki, heç vaxt Ermənistana ayrılan yardımın həcmi böyük olmayıb.

“Lakin qeyd edildiyi kimi son iki ildə Azərbaycana ayrılan hərbi yardım 100 milyon dollar təşkil etsə də, Ermənistana sadəcə olaraq hərbi yardım ayrılmayıb. Bu mövzuda 2020-ci ilin hərbi büdcəsi hələlik susur. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2020-ci ildə “Foreign Assistance” xətti ilə Ermənistana ayrılan yardım 6 milyon 750 min dollar olduğu halda, Azərbaycana ayrılan yardım təqribən 2.5 milyon dollardır. Lakin son illərdə Ermənistana ayrılan yardım 0 dollar təşkil edib. Bunun əvəzində Azərbaycan 100 milyon dollar hərbi yardım alıb”, - deyə Sarkisyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin