Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları qəzaya düşdü: 5 yaralı

2019/08/345_1-1564811477.jpg
Oxunub: 18029     09:14     03 Avqust 2019    
Avqustun 1-də Ermənistanın Sünik vilayətində saat 15:30 radələrində İrəvan-Meğri avtomobil yolunun 204 km hissəsində, Sisian-İşxanasar avtomobil yolunun kəsişməsində Kacaran şəhər sakini, 32 yaşlı V.H-nin idarə etdiyi “Lexus” markalı “07 PT 707” nömrəli avtomobil ilə Sünik vilayətinin Anqeğakot kənd sakini, 45 yaşlı H.H-nin idarə etdiyi “Vaz 2106” markalı “35 DA 462” nömrəli avtomobil toqquşub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində "06" markalı avtomobildə olan sərnişinlər - Cambarak şəhər sakinləri 30 yaşlı M.A, 3 yaşlı E.E və Anqeğakot kənd sakini 36 yaşlı V.A müxtəlif bədən xəsarətləri alaraq Sisian Tibb Mərkəzinə köçürülüb. Bir neçə saat sonra "06" markalı avtomobilin sürücüsü H.H və digər bir sərnişin - Anqeğakot kənd sakini, 39 yaşlı S.M da qeyd edilən tibb mərkəzinə yerləşdirilib.


Məlumatlara görə, "06"nın sürücüsü H.H və sərnişin S.M Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir. İlkin məlumatlara görə, qəzanın səbəbkarı “Lexus” markalı avtomobilin sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin