Komandaların nümayəndələri “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olublar - VİDEO
Oxunub: 28475
18:54
02 Avqust 2019
Avqustun 2-də “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak edən komandaların nümayəndələri dənizdə tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, komandaların rəhbər heyəti ilə müsabiqənin keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlərlə bağlı ilkin təlimat da keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.