Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Şirak vilayət istintaq idarəsi rus hərbi qulluqçu A.Razqildeyevin döymə faktından sonra keçən ilin dekabr ayında Gümrü şəhərində ölən C. Quqasyanın hüquqi varislərinin vəsadətini növbəti dəfə rədd edib.
Quqasyanın hüquqi varislərinin Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisinin sədri A.Sakunts, vəkilllər Zalyan və Hakobyan cinayət işində əks edilən bəzi detallar ətrafında məhkəmə araşdırması işlərinin aparılmasına vəsadət qaldırıb. Onlar təkrarən Razqildeyevin cinayət materiallarında həbs yeri olaraq Gümrü şəhərinin qeyd edildiyini, konkret ünvan göstərilmədiyini, lakin buna baxmayaraq müstəntiqin Razqildeyevin rus hərbi bazasına verilməsinə qərar verdiyini xatırladıb.
Onların sözlərinə görə, cinayət materialında Razqildeyevin erməni və rus hüquq mühafizə orqanları tərəfindən birgə aşkarlanaraq, həbs edildiyinə dair heç bir məlumat yoxdur. Buna görə, hərbi qulluqçunun hərbi bazaya göndərilməməsinin Rusiya konstitutsiyasına zidd olacağını iddia etmək üçün heç bir hüquqi əsas yoxdur. Zərərçəkənin varisləri, həmçinin lazımi tibbi yardımın göstərilməsini, Razqildeyevin hansı prosedura əsasən rus hərbi bazasında xidmət keçdiyini və prosedurlara, tələblərə əməl edilib-edilmədiyini də müəyyən etməyə çalışıblar. Cinayətkara erməni CM-nin qanunvericiliyinə və müvafiq tələblərinə uyğun cinayət işi açılmadığı da təəssüf doğurur.
Müstəntiq, rus hərbi bazasından Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün heç bir əsas olmadığını iddia edib. Bu məsələ müxtəlif orqanlarda müzakirə edilib və əsassız hesab edilərək, açıqlamalar verildiyi vurğulanıb.
Qeyd edək ki, Sakunts və Zalyan iyulun 19-da Razqeldeyevin Ermənistan cəzacəkmə müəssisəsinə köçürülməsinə dair Şirak məhkəməsinin rədd cavabı və apellyasiya məhkəmələrinin qərarından Kassasiya məhkəməsinə etiraz ərizəsi verib.
Alpər Mövludoğlu
Ordu.az