"Leonardo" ölkəmizin almaq istədiyi təyyarələrin satışına dair müqavilə imzalayıb

2019/08/85130-1564747265.jpg
Oxunub: 17990     16:40     02 Avqust 2019    
"Leonardo" qabaqcıl təlim təyyarəsi olan M-346-nın yeni, qırıcı versiyası M-346FA-nın ilk satışına dair müqavilə bağlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İtaliya firmasının icraçı direktoru Alessandro Profumo bildirib.

Bir neçə aydır davam edən çalışmaların nəticəsinə dair açıqlama verən Profumo, xarici müştəri ilə imzalanan müqavilədə 6 ədəd təyyarənin satışına dair razılıq əldə edildiyini söyləyib. O müqavilənin ötən ay bağlandığını əlavə edib.

İcraçı direktor bu təyyarələr üçün sertifikatın gələn ilin sonlarında əldə ediləcəyini və yalnız bundan sonra təyyarənin istifadəyə veriləcəyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   M-346FA  


Bizi "telegram"da izləyin