Artilleriyaçılarımız silah və hərbi texnikaya baxış keçiriblər - VİDEO
Oxunub: 25076
15:50
02 Avqust 2019
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.
Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.