Qarabağda “rus mandatı”na ABŞ-dan sarı kart

2019/08/white-1564736632.jpg
Oxunub: 16014     17:03     02 Avqust 2019    
“Şübhəsiz ki, məsələ daha çox bölgə siyasəti miqyası və motivləri, hazırda isə son illərdəki maliyyələşmə sabitliyinin pozulması motivləri ilə daha əhatəlidir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifə görə, son illərdə ayrılan sabit yardımın qaydalarının niyə pozulduğu məsələsi artıq başqa sualdır.

“Bu məsələyə tamamilə Ermənistandakı hakimiyyətə qarşı münasibət, yaxud hakimiyyətin ABŞ tərəfi ilə aparılan işin nəticəsi olaraq baxmaq daha yaxşı olar. Nəhayət ABŞ tərəfinin yardım siyasəti yalnız erməni lobbisinin fəaliyyəti və ya Ermənistana olan məhəbbət hesabına əmələ gəlməyib. Şübhəsiz ki, məsələ daha çox bölgə siyasəti miqyası və motivləri, hazırda isə son illərdəki maliyyələşmə sabitliyinin pozulması motivləri ilə daha əhatəlidir. Bu amillər Ermənistan və Qarabağın (qondarma qurum-red.) diqqət mərkəzində və aparılan işin mövzusu olmalıdər. Lakin bu, həddindən artıq uyğun olmayan dəyərlərə görə, Qarabağ məsələsində ABŞ siyasətinin ümumi mahiyyətini xarakterizə edə və ya təsvir edə bilməz”, - deyə müəllif bildirib.

Müəllif qeyd edir ki, ABŞ-ın məqsədi Ermənistanın “rulu”nu öz tərəfinə döndərməkdən ibarətdir.

“Digər tərəfdən ABŞ-dan daxil olan məlumat Qarabağda (qondarma qurum-red.) baş verən daxili reallıqlar, məlum misilsiz xarici maraqlar, xüsusən də “rus mandatı” baxımından nəzərdən keçirilə bilər. Bu mənada həftələr öncə atəşkəsin qorunub saxlanması və istintaq mezanizmlərinə, Xankəndi hava limanının təhlükəsizliyinə dair Konqresin iki qərarı ilə ABŞ siyasi sistemi erməni tərəfinə önəmli siyasi ismarıclar etməklə, ardından “rus mandatı” ilə əlaqəli ehtimal edilən bir işarə ilə “sarı vərəqə” göstərir”, - deyə müəllif yazısında vurğulanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin