Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin davada baş kəşfiyyat idarəsinin sabiq xüsusi təyinatlısı Nikita Belyankin qətlə yetirilib.
Təqsirləndirilən şəxslərin həbs müddəti 3 ay, yəni noyabrın 2-dək uzadılıb. Bu barədə qərarı hakim Valentina Lyaşova bəyan edib. İstintaq Komitəsinin ilkin araşdırma müddəti də həmin dövrədək uzadılıb. Məhkəmənin qərarına görə, noyabrın 2-dək, Artur Hakobyan, Hamlet və Hrant qardaşları və işsiz Sergey Xacoyan kameralarda qalacaqlar. Volokolamsk məhkəməsi də ötən gün İstintaq Komitəsinin vəsadətini təsdiqləyərək, iş üzrə digər fiqurantlar olan tikinti şirkətinin Baş direktoru Davit Yeğiazaryan, Suren Markosyan, dükanın idarəedicisi Rudik Manukyan və Ermənistan vətəndaşları Sahak Sahakyan, barmen Narek Stepanyanın həbs müddətini uzadıb.
İstintaq çərçivəsində özünü müdafiə etdiyini əsas gətirərək, qətlin günahını boynuna alan, lakin istintaqdan gizlənən Hovhanes Hayrapetyan haqqında isə axtarış elan edilib. Daha bir fiqurant mübahisənin başladığı “Bir Haus” barının sahibi Qurqen Ağayanın Rusiyaya təhvil verilməsi məsləsinin həlli məqsədilə 40 gün müddətinə Ermənistanda həbs edilib.
Xatırladaq ki, iyunun 2-də gecə Krasnoqorsk rayon Putilkovo mikrorayonunun Novotuşinsk küçəsində yerləşən kafedə kütləvi dava baş verib. Dava iştirakçılarını Baş Kəşfiyyat İdarəsinin sabiq xüsusi təyinatlısı Nikita Belyankin ayırmağa çalışıb. Dava zamanı Belyankin qətlə yetirilib, daha bir şəxs isə xəsarət alıb. İstintaq komitəsi qətl, bədən xəsarətləri yetirmə, dələduzluq maddələri ilə cinayət işi açıb. Qısa vaxtda məlum olan 11 fiqurantdan 9 nəfəri saxlanılıb və Moskva vilayət məhkəməsinin qərarı ilə həbs edilib.
İstintaq komitəsi Hayrapetyan qardaşlarına və Xocayana qarşı qətl, qətl törətməyə cəhdetmə və dələduzluq cinayət maddələri üzrə ittiham irəli sürüb. Digər fiqurantlara qarşı isə dəlduzluq ittihamı irəli sürülür. Onlar günahkar olmadıqlarını iddia edirlər.
Alpər Mövludoğlu
Ordu.az