Erməni əsgər atası Ermənistan hakimiyyətindən ədalət tələb edir?

2019/08/6014e-1564735632.jpg
Oxunub: 5108     16:32     02 Avqust 2019    
“Bunu korrupsiya sxeminin mövcud olması ilə əlaqələndirirəm. Xahiş edirəm ki, bu aldatmanın ifşa edilməsində mənə yardım edilsin. Qanunsuzluğa yol verən cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi və bu illər ərzində ödənilməyən vəsaitin ödənilməsinə yardım etməyi xahiş edirəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Ararat vilayətinin Noramarq kənd sakini Kərəm Smoyan deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar bir neçə ildir həll edilməyən problemləri uzatmaqda davam edir.

“2015-ci il yanvarın 12-də oğlumu orduya hərbi xidmətə göndərdim. Lakin mayın 4-də sağlamlığında yaranana problemlərlə bağlı hərəkət etməsində çətinliklər yarandı. Bundan sonra İrəvandakı hərbi hospitala aparıldı. Lakin oğlumu orduya tam sağlam göndərmişdim. Bir neçə gün sonra yəni, mayın 29-da oğlum öldü. Sonradan mənə məlum oldu ki, müavinət almalıyam. Müəyyən vaxtdan sonra Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Daha sonra Ararat vilayət rəhbərliyinə də iki müraciət ünvanlamışam”, - deyə ölən erməni hərbi qulluqçunun atası, onsuz da oğlunun ölüm xəbəri ilə ürəyinin dağlandığını, bu yandan da hökumətin onu incitdiyini bildirib.

Ölən erməni hərbi qulluqçunun atası qeyd edir ki, Ermənistanda dövlət qurumları vətəndaşa zülüm etməkdən başqa heç nə etmir.

“Məsələnin həll edilməsinə göstəriş verilsə də, xeyli uzanır. Lakin məsələ havadan asılı qalıb. Baş prokurorluğa da müraciət etmişəm. Müdafiə Nazirliyinə edilən müraciətə cavab olaraq bildirdilər ki, məhkəməyə müraciət edilməlidir. Mənə qarşı edilən bu cür münasibət qəbuledilməzdir. Bunu korrupsiya sxeminin mövcud olması ilə əlaqələndirirəm. Xahiş edirəm ki, bu aldatmanın ifşa edilməsində mənə yardım edilsin. Qanunsuzluğa yol verən cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi və bu illər ərzində ödənilməyən vəsaitin ödənilməsinə yardım etməyi xahiş edirəm”, - deyə Smoyan Ermənistan hökumətindən ümidini üzdüyünü ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin