Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, onsuz da gərgin vəziyyətdə olan ölkədə bu kimi problemlər Ermənistan üçün “dərin çuxur” qazır.
“ABŞ-dan Ermənistana avtomobil idxal edənlər tezliklər problemlə üzləşəcək. Avqustun 20-dən bu şəxslərin fərdi səhifələri bağlanacaq. Yəni ABŞ hərraclarında iştirak edə bilməyəcəklər. Məsələ burasındadır ki, daha sərfəli qiymətlərlə avtomobil əldə edilməsinə imkan verən ABŞ hərraclarının təklifləri daha maraqlıdır. Məlum olduğu kimi, avtomobil idxal edənlər üçün Yaponiya hərracı bir həftədən artıqdır ki, bağlıdır”, - deyə “Joğovurd” bildirir.
Nəşr qeyd edir ki, yaxın zamanlarda Ermənistanın iri şirkətləri ABŞ hərraclarına əlvida deyəcək.
“İdxalçıların böyük əksəriyyətinin fərdi səhifələri bağlanıb. Yalnız bir neçə şirkətlər var ki, hələlik bu hərraclarda iştirak etməyə nail olurlar. Bunun da hansı vaxtadək davam edəcəyi məlum deyil. Ekspertlərin fikrincə, yaranmış vəziyyətə səbəb 2020-ci il yanvarın 1-dən etibarən avtomobillərin gömrük vergisində nəzərdə tutulan bahalaşmadır”, - deyə nəşr Ermənistanda etiraz dalğalarının yetişdiyini diqqətə çatdırıb.
Alpər Mövludoğlu
Ordu.az