Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən, Ermənistanın Sünik vilayətində fövqəladə hadisə baş verib.
Məlumata görə, saat 21:00 radələrində bir şəxs qumbaraya bənzər bir əşya ilə Gorus polis bölməsinə daxil olub və həs kəsi binanı partladacağı ilə hədələyib.
Bildirilir ki, polis əməkdaşları şəxslə uzun müddət söhbət aparsalar da, o, polislərin tələbini yerinə yetirməyib.
Qeyd olunur ki, polis əməkdaşları başqa çıxış yolu olmadığı üçün məcburi tədbirlər nəticəsində şəxsin əlindəki F1 qumbarasını götürə biliblər.
Alpər Mövludoğlu
Ordu.az