Ərzurumda PKK-ya qarşı əməliyyatda iki belçikalı ələ keçirildi

2019/08/pkk-b-1564732056.jpg
Oxunub: 20289     12:16     02 Avqust 2019    
Türkiyənin Ərzurum şəhərində PKK terrorçularına qarşı əməliyyat keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində Belçika vətəndaşı olan iki nəfər də daxil olmaqla, bir neçə PKK terrorçusu ələ keçirilib.

Qeyd edək ki, əməliyyat Milli Kəşfiyyat Xidməti və Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin