Ermənistanın Davtaşen rayonunda da məzarları murdarlayıblar

2019/08/36936-1564730514.jpg
Oxunub: 24099     11:47     02 Avqust 2019    
Avqustun 1-də Ermənistanın Davtaşen rayonundakı qəbirstanlıqda da məzarların murdarlanması hadisəsi baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, emrənilər bir neçə gün öncə Zovuni, Yeğvard, Nubaraşen qəbirstanlıqlarında və ötən gün “Yerablur” hərbi panteonunda baş verən hadisəni törədənlərin bir yerdən mərkəzləşdiyini bildirirlər.

Xatırladaq ki, son vaxtlar digər qəbirstanlıqlarda da məzar daşlarına şam ərintilərinin tökülməsi hadisələri qeydə alınıb. Bu kimi halların qarşısının alınması üçün iyulun 23-də İrəvan icra hakimiyyəti polisə müraciət edib.

Polisdən bildiriblər ki, “Yerablur” panteonunda aprel döyüşləri zamanı ölən hərbi qulluqçuların məzarlarını murdarlama şübhəsi ilə az öncə 51 yaşlı bir qadın saxlanılıb.

Qeyd edək ki, Ermənistanda naməlum şəxslər “Yerablur” panteonunda aprel döyüşləri zamanı ölən hərbi qulluqçuların məzarlarını şam əritmə yolu ilə murdarlayıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin