Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, yaşlı qadın ona vəhy gəldiyini və hər gün qəbir daşlarının üzərində şam yandırdığını deyib.
“Məzar daşlarının üzərinə qara boyaya bənzər maye tökülməsi ilə bağlı ötən gün erməni mətbuatında məlumat yayılıb. Bu hadisə barədə polisin yaydığı məlumatda deyilir ki, “Yerablur” panteonunda aprel döyüşləri zamanı ölən hərbi qulluqçuların məzarlarını mundarlamaqda şübhəli bilinən Qreta Mnatsakanyan saxlanılıb. O, hərəkətini izah edərək vurğulayıb ki, yuxarıdan uca tanrı ona deyib ki, əllərini kəs, qanını şamla qarışdır və məzar daşlarına səp. O da deyilənləri etdiyini ifadə edib. Daha hansı məlumatların məlum olacağını isə zaman göstərəcək. Lakin “Yerablur”da baş verənlərdən sonra yayılan məlumatlarda diqqətə çatdırlırdı ki, bu cür hadisə digər qəbirstanlıqlarda da qeydə alınıb. Hadisəni törədənlər aşkarlanmayıb. Yalnız ötən gün “Yerablur”da baş verən hadisədən sonra şübhəli şəxs dərhal aşkar edilib”, - deyə “Joğovurd” bildirib.
Xatırladaq ki, cari ilin aprelin 2-də ölənlərdən Armenak Urfanyanın xalası oğlunun maşınının talan edilməsi hadisəsindən 4 ay keçsə də hələ də cinayətkar tutulmayıb. Polis rəisi Valeri Osipyan hadisəni öz nəzarətinə götürsə də, hadisədən 4 ay keçib və nəticə yoxdur.
Ötən gün “Joğovurd” nəşri təkrar olaraq cinayət işində hər hansı irəliləyiş və ya şübhəli qismində saxlanılan varmı, deyə məlumat almaq üçün Ermənistan İstintaq Komitəsinə müraciət edib. Cavab olaraq deyilib ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxs yoxdur.
“Buna baxmayaraq polis və Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi ötən gün daha operativ işləyərək, şübhəli şəxsi saxlamağa nail olub. Bir çox hallarda ləng fəaliyyət belə vəziyyətlərin yaranmasına və yeni cinayətlərin baş verməsinə səbəb olur”, - deyə Ermənistan İstintaq Komitəsi bildirib.
Alpər Mövludoğlu
Ordu.az