Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ölən hərbi qulluqçunun babası Qevork Abacanyan deyib.
“Hraparak” nəşri vasitəsilə gecə kimlərinsə aprel döyüşləri zamanı ölən hərbi qulluqçuların məzarlarını murdarladıqlarını öyrənən babası deyib ki, dünən oğlu nəvəsinə “baş çəkmək” üçün “Yerablur”da olub.
“Çox danışa bilmirəm. Jurnalist kişi olsaydı, yaxşı sözlər deyərdim. Əgər kimin etdiyini bilsəm, onu öz əllərimlə vuraram. Eşitdiklərimi heç çür izah edə bilmirəm. Onlar tam anormal, erməni olmayan adamlar olub”, - deyə Abacanyan bildirib.
Qeyd edək ki, aprel döyüşləri zamanı ölənlərin valideynləri xəbəri alan kimi məzarları təmizləmək üçün “Yerablur”a gediblər.
Alpər Mövludoğlu
Ordu.az