Moskva erməni generalı təhvil vermir: “Ermənistan üçün Moskvadan o tərəfə dünya mövcud deyil”

2019/08/00-13-1564647384.jpg
Oxunub: 18155     20:15     02 Avqust 2019    
“Başqa sözlə, Moskva Paşinyanın vasitəsi ilə keçmişdəkilərdən rus maraqlarına daha sadiq olduğunu daim Putinə sübut etməyə çalışan bir sistemin Ermənistanda qurulmasına nail olub”.

Ordu.az xəbər verir bu bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifə ertiraf edir ki, hazırda Köçəryan amili həqiqətən də erməni-rus münasibətlərini dalana dirəyib.

“Lakin bu ikinci prezidentin müstəsna amili və ya peşəkarlığı yox, fəaliyyətdə olan Ermənistan hakimiyyətinin səriştəsizliyi səmərəsiz fəaliyyətinin nəticəsidir. İnqilab prinsipcə rus vassalığından azad olunmağa və erməni-rus münasibətlərini təbii axarına salmaq üçün ilkin şərait yaradıb. Lakin Nikol Paşinyanın komandası birdəfəlik başqa yolla hərəkət etməyə başladı. Köçəryan-Sarkisyan cütlüyünün rus meyilliliyi indi Paşinyanın Putin meyilliliyi ilə əvəz edilib. Başqa sözlə, Moskva Paşinyanın vasitəsi ilə keçmişdəkilərdən rus maraqlarına daha sadiq olduğunu daim Putinə sübut etməyə çalışan bir sistemin Ermənistanda qurulmasına nail olub. Buna görə də, yaranmış vəziyyət Köçəryanın səriştəsi yox, hakimiyyət səriştəsizliyi səbəbindən formalaşıb. Artıq qəribə deyil ki, Moskva yalnız “1Mart” işi üzrə xüsusi rolu olan iki fiqura deyil, bütün erməni cinayətkar oliqarxına dam örtüyü rolunu oynayır”, - deyə müəllif bildirir.


Müəllif qeyd edir ki, dövlət aktlarının məcburi icrası komitəsinin sabiq rəisi, Ermənistan parlamentinin sabiq deputatı, general Mihran Poğosyanın ekstradisiyası baş tutmayacaq.

“Saytlardan birinin öz etibarlı mənbələrinə əsasən əldə etdiyi məlumata görə, bu barədə informasiya artıq Ermənistan hökumətinə də ötürülüb. Rus tərəfi bu məlumata hansı cavab verildiyini yaymır. Həmin saytın verdiyi məlumata əsasən, Poğosyanın ailəsi də Rusiyaya köçüb. Poğosyana qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Putinin çevrəsində olan şəxslər başa düşüblər ki, Paşinyan Moskvadan gələn qorxuları dəf edə bilməyib. Ona görə də növbəti sadiqliyin başqa bir təzahürünü ondan qoparmağa qərar veriblər. Hətta Paşinyan Suriyaya göndərilən missiyanı yerinə yetirə bilməsəydi, yaxud ABŞ-a ən yaxın Ermənistan rəhbəri olduğunu bəyan etməsəydi, o halda rus maraqlarına hər gün and içən Ermənistanın 5-ci kolonu işə düşərək, Paşinyana qarşı səs-küy salmağa və Putinin Paşinyana inanmadığına dair məlumat yaymağa başlanılacaq. Nəticə yenə də eynidir. Ona görə ki, keçmişdəkilərlə qarşıdurmada öz siyasi komfortunu təmin etmiş Paşinyan bunlara qarşı tab gətirmək üçün sübut edəcək ki, Ermənistan üçün Moskvadan o tərəfə dünya mövcud deyil ”, - deyə müəllif vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Böhran  


Bizi "telegram"da izləyin