Məhv edilən erməni hərbi qulluqçu xəstəxanaya aparılarkən ölüb

2019/07/56756-1564387897.jpg
Oxunub: 6230     14:38     29 İyul 2019    
Dünən, saat 18:40 radələrində, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin döyüş mövqeyində müqaviləli hərbi qulluqçu Arman Arayiki Bulğadaryanın ölüm hadisəsi qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, erməni hərbi qulluqçu Noyemberyan Tibb Mərkəzinə aparılarkən yolda ölüb.

Baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 13-cü bəndi ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin