Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov ABŞ Konqresində Ermənistan və ABŞ arasında strateji müttəfiqlik barədə hazırlanan qanunvericilik təşəbbüsünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Trampın Ermənistanın coğrafi mövqeyini nəzərə almaq kimi bir niyyəti yoxdur.
“Demokrat konqresmen tərəfindən irəli sürülən bu cür qeyri-real təşəbbüs, hələ gərək hakim respublikaçılar tərəfindən dəstək alsın. ABŞ prezidenti Donald Trampın siyasətini, Ermənistanın coğrafi mövqeyini və bölgədəki geosiyasi reallıqları nəzərə alsaq, bunun az ehtimal edilən olduğunu görə bilərik”, - deyə politoloq bildirib.
Lukyanov, bu gün Ermənistanın öz xarici siyasət mövqeyini dəyişmədiyini də nəzərə çatdırıb: “Erməni lobbisi ilə də çalışdığı ehtimal edilən Konqresdəki Ermənistanla dostluq qrupunun nümayəndəsi belə təşəbbüs hazırlaya və müzakirələrin fəallaşdırılmasına yardım edə bilər. Lakin artıq hakimiyyətin siyasətini Dövlət Departamenti həyata keçirdiyinə görə, bunun o qədərdə real ssenari olduğu görünmür. Bu siyasət yumşaq desək bölgədən, hətta qərb meyilli ölkələrdən də kifayət qədər uzaqdır. Bu barədə Ermənistan Baş naziri tərəfindən açıqlama verilib, lakin müzakirələr aparıla bilər. İlk növbədə başa düşmək lazımdır ki, hansı maraqlar üzərində, hansı ölkələr arasında, hansı bölgədə xarici siyasət mövqeyi, strateji tərəfdaşlıq necə qurulur”.
Xatırladaq ki, bu günlərdə “Amerikanın səsi” agentliyinə verdiyi müsahibəsində ABŞ Konqresinin Ermənistanla dostluq qrupunun həmsədri, konqresmen Frank Palon bəyan edib ki, Ermənistandakı “inqilab” Ermənistan-ABŞ münasibətlərinin inkişafına artıq strateji səviyyədə yeni imkanlar açıb. Konqresmen iddia edib ki, hətta Ermənistanda dislokasiya olunan rus qoşunları da ölkəni demokratik dəyərlərdən (İcevan?!) geri çəkilməyə məcbur edə bilməz.
Alpər Mövludoğlu
Ordu.az