Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, müqavilə əsasında hərbi xidmət keçən Arman Bulğadaryan Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində təxribata cəhd edərkən məhv edilib.
Xatırladaq ki, bu gün saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.
Alpər Mövludoğlu
Ordu.az