ABŞ-İran münasibətlərində gərgin vəziyyət: Ermənistan qırmızı xətti keçir

2019/07/23423-3128428904.jpg
Oxunub: 6123     12:56     27 İyul 2019    
İyulun 22-də İran Kəşfiyyat idarəsinin yaydığı filmdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casuslarının xaricdə necə izlənilməsindən bəhs edilir. Filmdə, həmçinin Ermənistanda çəkilmiş kadrlar da nümayiş edilib.

Ordu.az xəbər verir ki, bu və ya digər bir sıra məsələlərlə bağlı söhbət aparılması üçün “Araçin Lratvakan” agentliyi erməni mütəxəssislər Anna Davtyan-Qevorkyan, Araks Paşayan və Armen Vardanyanı qonaq edib.

Anna Davtyan-Qevorkyan iddia edib ki, filmin çəkilişi qeyri-peşəkar səviyyədə aparılıb və daha çox təbliğat məqsədilə nümayiş etdirilib.


“Bölgədə və ABŞ-İran münasibətlərində hansı vəziyyətin olduğunu nəzərə alsaq, o halda aydın olur ki, konkret təbliğat müharibəsi sahəsində çox gərgin vəziyyət yaranıb. Hər iki ölkə növbəti addımlarına haqq qazandırmaq üçün vəziyyəti kəskin biruzə verməyə çalışırlar”, - deyə Qevorkyan məsələnin əsas məğzindən, yəni casusların niyə məhz Ermənistan ərzisində izlənilməsindən yayınıb.

Aparıcının, “Bu informasiyanın Ermənistan xüsusi xidmət orqanları ilə razılaşdırlmadığını, yaxud İran tərəfinin Ermənistanda həyata keçirilən kəşfiyyat fəaliyyətindən erməni xüsusi xidmət orqanlarının məlumatsız olduğunu düşünmək olarmı?”, deyə verilən suala Arman Vardanyan məsələdə rəsmi İrəvanın iştirakını inkar etməklə cavab verib: “Bu məsələdə Ermənistan xüsusi xidmət orqanlarının İran tərəfi ilə hər hansı əməkdaşlığının olmadığına əminəm. Burada elə bir böyük ifşaetmə əlaməti yoxdur. Bu istisnasız olaraq İran-ABŞ münasibətləri sahəsindədir. Bu iki ölkənin səfirlikləri və ya digər qurumlarının Ermənistanda kəşfiyyat aparmasına gəldikdə isə bu bütün dünyada normal qəbul edilmiş taktikadır. Bu məsələdə də Ermənistanın bir işi yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İran   Casus   Ermənistan  


Bizi "telegram"da izləyin