Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Arovot” nəşri yazıb.
Nəşrə görə, “Parlament” fraksiyasının deputatı ABŞ-la əlaqələri genişləndirmək üçün bir sıra görüşlər keçirib.
Xatırladaq ki, belə bir təşəbbüslə ABŞ Konqresinin Ermənistanla dostluq qrupunun həmsədri konqresmen Frank Palon çıxış edib. Hakim partiyanı təmsil edən “Parlament” fraksiyasının deputatı bildirib ki, son vaxtlar ABŞ-dan kifayət qədər yüksək vəzifəli nümayəndə heyəti Ermənistanda səfərdə olub. İrəvanda aparılan müzakirələr zamanı ABŞ-Ermənistan strateji dialoqu haqqında müzakirələr aparılıb.
“Mən hesab edirəm ki, ilk növbədə dialoq baş tutmalıdır, daha sonra strateji əməkdaşlıq məsələləri qaldırılmalıdır. Staretji dialoqun nəticəsi, gələcəkdə strateji əməkdaşlığın əsasını təşkil etməlidir. Lakin hazırda Ermənistan və ABŞ strateji əməkdaşlıq imkanlarından uzaqdır”, - deyə Avetisyan qeyd edib.
Nəşr qeyd edir ki, Frank Palon demokrat konqresmendir və bu konqresmenlər qanadı isə ABŞ konqresində qərarların qəbul olunmasında az təsirə malikdir.
Bu mənada Avetisyan ABŞ-Ermənistan əməkdaşlığının bu formatını “Respublikaçılar” konqresmenləri üçün də qəbul olunan səviyyəyə çatdırılmasının əhəmiyyətini vurğulayır.
Alpər Mövludoğlu
Ordu.az