Erməni KİV-ləri: Paşinyan artıq keçmişdəki adam deyil

2019/07/nikol-1564128398.jpg
Oxunub: 5246     13:18     27 İyul 2019    
“Paşinyan gəldi, lakin dərdlər insanların qapılarını döyməkdə davam edir. Zaman keçir, ölkədəki sosial vəziyyət dəyişmir. Nikol Paşinyan artıq keçmişdəki adam deyil və o çox dəyişib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistanda hakimiyyətin hərəkətlərindən ictimaiyyətin məyusluğu getdikcə daha da dərinləşir.

“Hakimiyyət dəyişikliyinin ölkədə mövcud olan problemləri nə dərəcədə həll etmədiyini nəzərə alsaq, bu təsadüfi deyil. Bir anlığa insanlar Nikol Paşinyanın gələcəyini və onlara qayğı göstərəcəyini ümid edirdilər. Paşinyan gəldi, lakin dərdlər insanların qapılarını döyməkdə davam edir. Zaman keçir, lakin ölkədəki sosial vəziyyət dəyişmir. Nikol Paşinyan artıq keçmişdəki adam deyil”, - deyə erməni KİV-ləri yazır.

KİV-lər qeyd edir ki, ya Paşinyan özünü “sərt” məmur kimi aparır, ya da bu elə onun iç üzüdür.

“İndi onu hakimiyyətə gətirən və ictimai qurumların qapılarını təpiklə açmaq hüququna sahib olan insanları eşitmək belə istəmir. Hazırda hər kəs öz qayğısını özü çəkməlidir, bu artıq hökumətin məsələsi deyil. İndi artıq Baş nazir vəzifəsində Paşinyan, Ermənistan vətəndaşı ilə heç də keçmişdəkilərdən geri qalmayan hörmətsizliklə danışır. İndi ölkədə yaranmış pis sosial vəziyyətin günahkarı hökumət və siyasi hakimiyyət deyil, öz problemlərinin həllinə qayğı göstərmək və işləmək istəməyən vətəndaşlardır. Belə çıxır ki, Ermənistanda iş yeri problemi yoxdur, sadəcə insanlar işləmək istəmirlər”, - deyə erməni KİV-lər Paşinyanın sərt addımlarına diqqət çəkir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Paşinyan  


Bizi "telegram"da izləyin