Milli Qurtuluşdan zəfərə doğru

2019/05/3bcb9-1556951415.jpg
Oxunub: 913     10:46     15 İyun 2019    
Tarixi əhəmiyyəti baxımından dahi tarixi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada gedən proseslərlə də bağlı olub.

Tarixin çətin sınağı ilə qarşılaşanda xalq yeganə və düzgün qərar qəbul etməlidir. 1993-cü ilin iyununda Azərbaycan xalqı öz tarixi müdrikliyinə söykəndi və son dərəcə düzgün qərar qəbul etdi, böyük tarixi şəxsiyyət ümummilli lider Heydər Əliyevi təkidlə respublika rəhbərliyinə dəvət etdi.

1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər Azərbaycanın sabahı üçün ən etibarlı təməl oldu. Müstəqillik, Azərbaycanın suveren dövlət kimi mövcud olması milli-azadlıq hərəkatının nəticəsi idi. Bu müstəqilliyi, dövləti, dövlətçiliyi qorumaq ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dinamik inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və s. dahi rəhbər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Liderimiz Azərbaycanın qüdrətli hərbi qüvvələrinin təşkili üçün də böyük işlər gördü, orduya, ölkənin hərbi kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdi.

Hələ Sovet dönəmində respublika rəhbərliyinə gəldiyi ilk gündən Ulu Öndər dövlət siyasətinin digər sahələri kimi hərbi quruculuq məsələlərini də önə çəkib. Müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK Bürosunun 23 iyul 1971-ci il tarixli qərarına əsasən, xüsusi orta internat məktəbi (indiki C.Naxçıvanski adına Hərbi Lisey) yaradıldı. Bu məktəb ölkəmiz müstəqilliyini bərpa etdiyi ilk günlərdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına keçdi. Bu gün ordumuzun zabit heyətinin, demək olar ki, əsasını məhz C.Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edir.

Ulu Öndərin dahiyanə idarəçiliyi, güclü strateji bacarığı sayəsində imzaladığı sənədlər ordu quruculuğuna güclü təkan verdi. Ordunun maddi təminatı və təchizatı qısa müddətdə gücləndirildi. Hazırda Ümummilli Liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi müstəqillik dövründə yenidən quruldu. Ümummilli Liderimizin gərgin zəhməti sayəsində təkcə Azərbaycanın deyil, xarici ölkələrin hərbi məktəblərində də ordumuzun zabit korpusunun peşəkarlığının artırılması məqsədilə yüzlərlə təcrübəli mütəxəssis hazırlandı. Bu gün Azərbaycan Ordusunda xidmət edən yüzlərlə zabit ulu öndər Heydər Əliyevin qayğısı sayəsində xarici ölkələrdə - Türkiyədə, Rusiyada akademik təhsil alırlar.

Ümummilli Liderimizin 1998-ci il martın 13-də Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması haqqında imzaladığı sərəncam Azərbaycanın ordu quruculuğunda mühüm tədbir idi.

Ordu tariximizdə ən mühüm hadisələrdən biri də ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla, 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilməsi ilə bağlı oldu.

Ulu öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması barədə imzaladığı fərman müasir ordu quruculuğu tarixində yeni səhifə açdı.

Azərbaycan Ordusunda kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin yaradılması hərbi quruculuq sahəsində aparılan işlərin davamı idi.

2003-cü il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılmasının 85 illiyi ilə əlaqədar ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun şəxsi heyətinə müraciətlə deyirdi: “Azərbaycanın güclü ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə qətiyyətlə deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun Avropa və dünya standartlarına tam uyğunlaşdırılması, zabit korpusunun peşəkarlığının, əsgərlərimizin döyüş əzminin, qələbə ruhunun daha da güclənməsi sahəsində səmərəli iş aparılmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq bəyan edir. Belə sülhsevər siyasətə rəğmən Azərbaycan Ordusunun müasir texnikalarla, qurğularla təchiz edilməsinə də xüsusi diqqət yetirir. Bu gün qətiyyətlə deyə bilərik ki, tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İrimiqyaslı təlimlər də şəxsi heyətin peşəkarlığının, döyüş bacarığının artırılmasında mühüm rol oynayır, döyüş əzmi və mənəvi-psixoloji ruh yüksəkliyi yaradır. 2016-cı ilin aprelində Qarabağda, ötən ilin mayında Naxçıvanda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları zamanı qazanılan qələbələr dediklərimizin əyani sübutu və bir daha təsdiqidir.

Ali Baş Komandan Aprel döyüşlərinin əhəmiyyətini qeyd edərək bildirirdi ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: “Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Ali-Baş-Komandan   Aprel-döyüşləri  

Milli Qurtuluşdan zəfərə doğru

2019/05/3bcb9-1556951415.jpg
Oxunub: 914     10:46     15 İyun 2019    