Ermənistanda 11 döyüş avtomobilindən 240 litr yanacaq oğurlanıb - DETALLAR

2019/06/61933-1559385351.jpg
Oxunub: 5132     20:00     01 İyun 2019    
Erməni zabit oğurluq etmək məqsədilə rəsmi mövqeyindən sui-istifadə edərək məcburi xidmət hərbi qulluqçusuna onların işinə mane olmaması və müdaxilə etməməsi barəsində göstəriş verib.

Ordu.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmənin döyüş maşınlarının yanacaq çənlərinə yanacaq əvəzinə su doldurulması faktı ilə bağlı detalları açıqlayıb.

Məlumata görə, birinci qarnizon istintaq şöbəsinin icraatında olan 11 ədəd döyüş maşınlarının yanacaq çənlərindən, dizel yanacaqlarının mənimsənilməsi faktını araşdıran istintaq orqanı tərəfindən sübutedici faktlar əldə edilib.

Məlum olub ki, Ermənistanda “N” saylı hərbi hissənin batareyasının Baş zabiti, Baş leytenant A.Qambaryan hərbi hissənin qarovul xidməti tərkibində, qarovul rəisi kimi xidmətə cəlb olunub.

Oğurluq etmək məqsədilə məcburi xidmət hərbi qulluqçuları R. Saruxanyan və V.Abrahamyanla birgə hərbi hissənin qarovul məntəqəsinə daxil olub, rəsmi mövqeyindən sui-istifadə edərək, qarovul xidmətini yerinə yetirən saatlar, məcburi xidmət hərbi qulluqçusu R. Hovhanisyana onların işinə mane olmaması və müdaxilə etməməsi barəsində göstəriş verib. Bundan sonra qarovul rəisi qarovul xidməti qaydalarını pozaraq qarovul xidmətinin yerinə yetirildiyi ərazidən uzaqlaşıb.

Daha sonra baş leytenant Qambaryan, əsgərlər R. Saruxanyan və V.Abrahamyanla öncədən razılığa gələrək, hərbi hissənin döyüş maşınları üçün dayanacaq olaraq istifadə edilən tikililərə daxil olublar. Həmin tikililərdə saxlanılan 11 ədəd döyüş avtomobillərinin yanacaq çənlərindən rezin boru vasitəsilə gizli yolla ümumi həcmi 240 litr dizel yanacağı ələ keçiriblər.

Əldə edilən kifayət qədər maddi sübutlar əsasında Baş leytenant Qambaryana qarşı CM-nin iki maddəsi üzrə, əsgər Saruxanyana və Abrahamyana qarşı CM-nin eyni, bir maddəsi üzrə, əsgər Hovhannisyana qarşı isə CM-nin digər bir maddəsi üzrə ittiham irəli sürülərək cinayət işi açılıb. Komitədən yayılan məlumata görə, cinayət işləri üzrə istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin