“Joğovurd”: Müdafiə nazirinin sabiq müşaviri Köçəryanın tərəfdarları ilə görüşüb

2019/06/Untit-1559384474.jpg
Oxunub: 24620     15:37     01 İyun 2019    
Ermənistanda Müdafiə nazirinin sabiq müşaviri Köçəryanın tərəfdarları ilə görüşüb.

Ordu.az “Joğovurd”a istinadən xəbər verir ki, “1 Mart” işi üzrə ittiham edilən Ermənistanın ikinci prezidenti Robert Köçəryan azad edildikdən sonra öz tərəfdarları ilə görüşüb.

Həmin görüş iştirakçıları arasında Köçəryanın hakimiyyətdə olduğu dövrdə Ermənistan prezidentinin nəzarət xidmətinin rəisi Vahram Barseğyan da olub.

Vahram Barseğyan Serj Sarkisyanın hakimiyyəti dövründə dövlət gəlirləri komitəsinin sədr müavini, daha sonra Ermənistan Müdafiə nazirinin müşaviri olub.

Həmin tədbirdə Barseğyanın iştirakına vacib bir məqam olmasaydı diqqət ayrılmaya bilərdi. Belə ki, Barseğyan inqilabdan sonra da Ermənistan Müdafiə Nazirliyində müşavir kimi vəzifəsini davam etdirib. Buna görə də nəşr Müdafiə Nazirliyinin mətbuat xidmətindən Barseğyanın bu gün də vəzifədə qalmaqda davam edib-etməməsi ilə maraqlanıb.

Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhannisyan qeyd edib ki, Barseğyan əvvəllər həmin ştata təyin edilib. Lakin hazırda bu vəzifədə işləmir. Nə vaxtadək vəzifədə olmasına dair verilən suala Hovhannisyan dəqiq cavab verməməklə qeyd edib ki, yazılı sorğu göndərin. Nəşr Barseğyandan məlumatları dəqiqləşdirmək istəsə də, o, telefon zənglərinə cavab verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MN   Köçəryan  


Bizi "telegram"da izləyin