Düşmən Qarabağda döyüş atışlı təlim keçirib – FOTO

2019/06/dpAQN-1559378951.jpg
Oxunub: 6768     12:46     01 İyun 2019    
İşğal altında olan Qarabağda tabor taktiki təliminin döyüş atışlı mərhələsi baş tutub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 31-də işğal altında olan Qarabağın Ağdam yaşayış məntəqəsinin Uzundərə ərazisində tabor taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.


Təlimin erməni polkovnik Aşot Ağacanyanın rəhbərlik etdiyi hərbi hissədən cəlb edilən gücləndirilmiş bölmə ilə birgə keçirildiyi bildirilir.

Təlimdə müdafiə və hücum, əks hücum xarakterli əməliyyatlar həyata keçirilib.

Qeyd: Sözügedən hərbi hissə Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan, 10-cu Dağ atıcı diviziyanın tərkibindəki 49971 nömrəli, 5-ci müdafiə rayonu adlanan, şərti adı “İnternat” olmaqla, əsasən Ermənistandan gətirilən çağırışçılardan formalaşdırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Təxribat   Təlim  


Bizi "telegram"da izləyin