Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2005-ci ildə İrəvan sakini Qyulvard Ağacanyanın oğlu, Nairi İsaxanyanı orduda qəddarcasına döyərək qətlə yetirdikdən sonra meyitinə atəş açıblar.
Məlumata görə, illərdir ki, vəkillər və sistemin digər nümayəndələri erməni əsgərinin anasının təhqir edir, alçaldır, aldadır və qapı-qapı ora bura göndərir.

Əlacsız vəziyyətdə qalan valideyn bildirir ki, baş vermiş cinayətdə Sünik vilyətinin sabiq başçısı Surik Xaçatryanın qohumlarının, xüsusilə də 17 ay ərzində həmin “hərbi hissəyə baxan”ların əlaqəsi var.
O, qətlə yetirilən oğluna hərbi hissənin zabitləri tərəfindən işgəncə verildiyini də qeyd edib. Erməni əsgər anası, 2018-ci ildə Nikol Paşinyana məktub yazıb. Həmin məktubda hərbi xidmətə yararsız olan oğlunun orduya aparıldığı və qətlə yetirildiyi vurğulayıb.
Ermənistan məhkəmə istintaq sisteminin isə zərərçəkənin varisi kimi onun hüquqlarını əlindən aldığı qeyd olunur.
Erməni hərbi qulluqçu 2005-ci il mayın 11-də Gorusdakı hərbi hissədə 17 ay təqibə məruz qalıb və qarovul məntəqəsinin silah otağı qarşısında şüurlu şəkildə qəddarcasına, işgəncə verilərək döyülüb. 4-cü qarovul məntəqəsinin yarım tikili yeməkxanasının qarşısında onun alnında iki odlu silah yarası aşkar edildiyi bildirilir.
Hadisə yerinin istintaqı həyata keçirilib. Cinayətkar qrup 2005-ci il aprelin 29-da İrəvana köçürülüb və geniş miqyaslı ilkin istintaq başladıb. İstintaqa sıravi əsgərlər, çox sayda zabit heyəti, hərbi hissənin digər əməkdaşları və mülki şəxslər cəlb edilib.
Erməni əsgər anası bildirir ki, həmin dövrün Baş prokuroru Qaqik Chanqiryan şəxsən təklif edib ki, cinayətkarlardan birini və meyitə atəş edənin mühakimə edilməsi ilə cinayət işinə son verilsin.
Valideynlər isə bundan imtina edərək, əsl cinayətkarların mühakimə olunmasını tələb ediblər.
Həmin vaxtdan etibarən baş verən hadisə açılmayan cinayət işi hesab edilir və məhkəmə hüquq sistemi numayəndələri tərəfindən öldürülən şəxsin yaxınları aldadılır.
Alpər Mövludoğlu
Ordu.az