Tonoyanın illik gəlirləri 10 mln dram təşkil edib

2019/06/4565-1559376551.jpg
Oxunub: 17564     13:19     01 İyun 2019    
Ermənistan Müdafiə naziri David Tonoyan illik gəlirləri barədə bəyannamə təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan 2019-cu il mayın 14-də yüksək vəzifəli şəxslərin etika komissiyasına 2018-ci il üzrə gəlirləri haqqında bəyannamə təqdim edib.

Komissiyaya təqdim edilən sənədə əsasən Tonoyanın bəyannaməsində daşınan əmlak barədə məlumat yoxdur. Onun maddi vəsaiti 2018-ci ilin əvvəlində 2.500.000 erməni dramı təşkil edib. İlin sonuna həmin vəsait artaraq 2.850.000 erməni dramı səviyyəsinə çatıb. Tonoyanın maddi vəsaitinin əmək haqqı və təqaüdü hesabına artdığı qeyd edilir.

Tonoyan, 2018-ci il ərzində əmək haqqı ödənişinə bərabər digər təminatların hesabına 8.145.082 dram, təqaüd kimi isə 1796160 dram əldə edib. Nəticədə Ermənistan Müdafiə nazirinin 2018-ci il ərzində illik gəlirlərinin 9.941.42 dram təşkil etdiyi qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Gəlir  


Bizi "telegram"da izləyin