Ordu.az xəbər verir ki, Ermənistanda Vahan Canoyan adlı şəxs “Facebook” səhifəsində hadisəni əks etdirən video paylaşıb.
Videogörüntüdən məlum olur ki, erməni hərbçilər yolun icazə verilməyən hissəsindən keçdiklərinə görə, siqnal verən sürücüyə qarşı zorakılıq edirlər.
“Zolaq 20 metrlik məsafədə olsa da, Müdafiə Nazirliyində heç bir şey dəyişməyib, özləri ilə də quldurları da İrəvana gətiriblər. Yer, Tevosyan-Hovhanisyan yolunun kəsişməsinə çatmamış yerləşən küçədir”, - deyə Canoyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az