Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 01:12 radələrində Gorus-Sisian yolunun 10-cu km-liyində yol nəqliyyat hadisəsi baş verib.
Məlum olub ki, "Qaz-3110" markalı avtomobil yolun hərəkət hissəsindən çıxıb və yaxınlığındakı dərəyə təxminən 30 metrədək yuvarlanıb.
1973-cü il təvəllüdlü, sürücü V.Xaçatryan adlı şəxsin meyiti avtomobilin alt hissəsindən çıxarılıb.
Qeyd edək ki, sürücü V. Xaçatryan Ermənistan Müdafiə Nazirliyinin ordu korpuslarından birində müqaviləli hərbi qulluqçu kimi qulluq edib.
Alpər Mövludoğlu
Ordu.az