Prezident İlham Əliyev: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”

2019/05/35cf1-1559311581.jpg
Oxunub: 32972     18:05     31 May 2019    
“İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

Ordu.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyev Polşa Prezidenti ilə təkbətək görüş regional vəziyyətlə bağlı öz fikrimi bildirdiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdiyini söyləyib.

“Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir”, - deyə prezident qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Qarabağ  


Bizi "telegram"da izləyin