Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhfəsində yazıb.
Hovhannisyan bu gün mətbuatda dərc edilmiş Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin zabitinin 11 döyüş avtomobilindən benzin çəkməsi və onun əvəzinə avtomobillərin yanacaq çəninə su tökməsi hadisəsinə toxunub.
“Bu mövzuya cavab vermək istməzdim, amma məcburam. Sosial şəbəkələrdə bir zabit haqqında işıq sürətli xəbər yayılıb. Həmin zabit texnikaları xarab edib, həqiqətən bu, çoxdan olub. O, tək olmayıb, bir neçə nəfərlə hərəkət edib. Onunla bu işi görənlərin içərisində zabit və əsgərlər də olub.
İş özünün bütün hüquqi nəticələri ilə çoxdan açıqlanıb. Bütün bunlar üçün çox təəssüf edirəm. Lakin əfsuslar olsun ki, bizdə də bu cür artıq insanlar var. Xahiş edirəm, bütün bunları hər hansı xarici və ya daxili fenomenlə əlaqələndirməyin. Bu, klassik cinayətdir və bu cinayət özünün layiqli hüquqi həllini tapır”, - deyə Hovhannisyan yazıb.
Xatırladaq ki, Ermənistanın “Joğovurd” gündəlik qəzeti yazıb ki, hüquq-mühafizə orqanları Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yoxlamalar həyata keçirərək həmin hərbi hissəsinin zabiti tərəfindən 11 döyüş avtomobilindən benzin çəkilməsi və onun əvəzinə avtomobilin yanacaq çəninə su tökülməsi faktını aşkarlayıb.
Bununla yanaşı, hüquq-mühafizə orqanları avtomobillərin yanacaq çəninə su tökülməsi nəticəsində onların texniki problemlərlə üzləşməsi, eləcə də istismarına icazə verilməməsi qərarının qəbul edilməsi faktını da üzə çıxarıb.
Alpər Mövludoğlu
Ordu.az