Artilleriyaçılar “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər - VİDEO (FOTOLAR)
Oxunub: 11569
16:08
31 May 2019
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumatına görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.
Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.