Ermənistanda “Şərəfim var” hərbi proqramının minimum müddəti 2 il olacaq

2019/05/97679-1559291939.jpg
Oxunub: 18485     14:37     31 May 2019    
Ermənistan parlamenti hökumət tərəfindən təqdim edilən “Hərbi qulluq və hərbçinin statusu haqqında” Ermənistan qanunvericiliyinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun lahiyəsi ilk oxunuşla qəbul edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, layihənin lehinə 95 deputat səs verib.

“Müdafiə və Təhlükəsizlik haqqında məsələlər üzrə Daimi Komitə qanun lahiyəsinin xüsusi qaydada müzakirə edilməsi üçün təklif verib. Belə ki, lahiyənin ikinci oxunuşla müzakirəsi birinci oxunuşla qəbul edildikdən sonra 24 saat ərzində təşkil edilib”, - deyə komissiyanın təklifi Ermənistan parlamentinin sədri Ararat Mirzoyana təqdim edilib.

Səsvermə nəticəsində 94 deputat təklifin qəbul edilməsinin lehinə səs verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Layihə  


Bizi "telegram"da izləyin