Ermənistan Müdafiə naziri Paşinyanın müavinini əvəz edə bilər

2019/05/SYJuQ-1559290501.jpg
Oxunub: 21839     12:47     31 May 2019    
“Qriqoryan öz şəxsi məsələlərini həll etməkdən başqa heç bir iqtisadi möcüzə etməyib”.

Ordu.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.

Nəşrə görə, Qriqoryan öz şəxsi məsələlərini həll etməkdən başqa heç bir iqtisadi möcüzə etməyib.

“Hökumətdə gözlənilən kadr dəyişiklikləri Baş nazirin müavini Mher Qriqoryanla əlaqəli ola bilər. Qriqoryan Baş nazir Paşinyana uzun müddət lazım idi, çünki o, hesab edirdi ki, Qriqoryan böyük iqtisadçıdır. Buna qədər Qriqoryan öz şəxsi məsələlərini həll etməkdən başqa heç bir iqtisadi möcüzə etməyib. O, komanda üzvünə çevrilməyib, çünki hökumət “Ardşinbankdan” gəlmişdi və bu bank Robert Köçəryanla əlaqəlidir.

Mənbələrimizin məlumatına görə, güc strukturlarından birinin rəhbəri Qriqoryanı əvəz edə bilər. Ehtimal olunur ki, bu şəxs Müdafiə naziri Davit Tonoyandır", - deyə erməni nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan  


Bizi "telegram"da izləyin