“Joğovurd”: Erməni zabit 11 döyüş avtomobilinə benzin əvəzinə su töküb

2019/05/00-15-1559289603.jpg
Oxunub: 21707     15:13     31 May 2019    
“Ermənistan ordusunun zabiti 11 döyüş avtomobilindən benzin çəkərək onların yanacaq çəninə su töküb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yanacaq çəninə su tökülən 11 döyüş avtomobili texniki problemlərlə üzləşib və onların istismar edilməməsinə qərar verilib.

“Ermənistan Respublikasının hüquq-mühafizə orqanları bir neçə gün bundan öncə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində əlamətdar hadisə aşkarlayıblar.

Hüquq-mühafizə orqanları Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yoxlamalar həyata keçirərkən ortaya çıxıb ki, həmin hərbi hissənin zabiti 11 döyüş avtomobilindən benzin çəkib və onların yanacaq çəninə su töküb. Bundan başqa, məlum olub ki, bütün bunların nəticəsində 11 döyüş avtomobili texniki problemlərlə üzləşib və onların istismar edilməməsinə qərar verilib.

Bizdə olan məlumatlara görə, Ermənistan İstintaq Komitəsindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq davam etdirilir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Oğurluq  


Bizi "telegram"da izləyin