“İrates”: Paşinyan Tonoyan və Vanetsyanın yüksək reytinqini çox ağır qəbul edib

2019/05/00-15-1559289269.jpg
Oxunub: 21866     16:52     31 May 2019    
“Davit Sansaryanın işi incəliklə “qaçmaq” kimi təqdim edilirdi ki, həm qoyunlar sağ qalsın, həm də canavarlar yemək yesin”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Vanetsyan məhkəmələrə, prokurorlara və digərlərinə qarşı sistemli yoxlama həyata keçirilməsini tələb edir.

“Deyirlər, hökumətin birinci üzü səviyyəsində “Qelop” sorğusu çox ağır qəbul edilib. Həmin sorğuya əsasən, Tonoyan və Vanetsyanın reytinqi hədsiz dərəcədə yüksək qiymətləndirilib.

Hökumət mənbələrinin verdiyi məlumatlara görə, bu “göstərici”lərdən əvvəl də hökumətin birinci üzü səviyyəsində Davit Sansaryanın işi incəliklə “qaçmaq” kimi təqdim edilirdi ki, həm qoyunlar sağ qalsın, həm də canavarlar yemək yesin. Deyilib ki, Rusiya Putini “fuk” edən Sanasaryanın işdən çıxarılması məsələsində özünü rahat hiss etsin. Digərlərini küncə dartmamaq üçün isə Vantesyanın reytinqi Paşinyan ilə bərabərləşdiriləcək.

Həmin mənbələrin məlumatlarına görə, Köçəryanın məhkəmə işində iştirak edən Baş prokurorun yüngül əli ilə Sanasaryanın məhkəmə işinə “sürətli templə” unikal “stuk” verilib. Bunun üçün də Vanetsyan məhkəmələrə, prokurorlara və digərlərinə qarşı sistemli yoxlama həyata keçirilməsini tələb edir”, - deyə qəzet yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Paşinyan   Tonoyan  


Bizi "telegram"da izləyin