Ordumuzun şəhid mayoru dəfn edildi - YENİLƏNİB (FOTOLAR)
Oxunub: 4550
12:01
31 May 2019
Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Aqil Omarov dəfn edilib.
Ordu.az-ın yerli bürosunun verdiyi məlumata görə, şəhid hərbçimiz Qax rayonu Lələpaşa kəndində yaylım atəşi altında torpağa tapşırılıb.
*****
Azərbaycanın Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçusu, mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.
Ordu.az-ın yerli bürosunun məlumatına görə, şəhid mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq, doğulub boya-başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.
Şəhidimiz saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.