Bəlkə köhnə sistemə qayıdaq? – Tonoyanın müavini çətin vəziyyətə düşdü

2019/05/61499-1559218727.jpg
Oxunub: 19988     16:17     30 May 2019    
Bu gün Ermənistan parlamentində növbəti iclas keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclas zamanı hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi məsələsi müzakirə edilib.

“Necə edək ki, təhsilin davamlılığı zərər görməsin. Bəlkə pulsuz təhsil alanların möhlət əldə etdiyi köhnə sistemə qayıdaq?”, - deyə “Mənim Addımım” fraksiyasının deputatı Hovhanes Hovhanesyan tələbələrə möhlət verilməsi məsələsinə toxunarkən Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayana sual ünvanlayıb.

Balayan cavabında bunun müzakirə edilməli olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mənim-Addımım  


Bizi "telegram"da izləyin