Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Samvel Babayanın ofisi məlumat yayıb.
Yayılan məlumat qeyd edilir ki, mayın 29-da gecə saat 03:30 radələrində Ermənistanın Sevan magistral yolunun Sevan-Martuni hissəsində Qarabağ ermənilərinə yaxşı məlum olan silahlı dəstə tərəfindən Babayanla bərabər döyüş yolu keçən, onunla bərabər hərbi qurumlarda xidmət etmiş və bu gün də Babayanın görüşlərində fəal iştirak edən, onun tərəfdarları olan silahdaş yoldaşları təqib edilib.
Həmin yol üzərində olan bütün kamera və sürət həddini ölçən qurğularda dəstənin törətdiyi əməllər qeydə alınıb.
Bildirilir ki, əldə edilən məlumatlara əsasən bu dəstə Kəlbəcər və Ağdərədə fəaliyyət göstərən silahlılardır. Bu dəstənin başçıları Aleksey Balayan, Roland Aydinyan, Qriqori Mirzoyan adlı şəxslər Qarabağda tanınan gənclərdir.
Qeyd edilir ki, atəş edənlərdən biri Balayana məxsus olan “Toyota Camri” markalı avtomobildə olub.
Məlumata görə, onlar qondarma qurumun sabiq “baş naziri”, “Azad Hayrenik” (Azad vətən) partiyasının sədri Arayik Harutyunyana xidmət edir.
Harutyunyanın himayədarlığından dəfələrlə faydalanan bu dəstənin başçılarından olan Roland Aydinyan cinayət məsuliyyətindən azad olunub.
Babayanın ofisi tərəfindən yayılan məlumatda təcili tədbirlər görülməsi tələb olunur. Əks halda baş verə biləcək qanlı hadisələrə görə məsuliyyət daşımayacaqları qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az