Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prokurorluğun ictimai şöbəsindən məlumat verilib.
Keçirilən əməliyyat müşavirəsi nəticəsində açıqlanan göstəricilərə görə, I rüb ərzində aparılan 78 yoxlama nəticəsində 41 qanun pozuntusu aşkar edilib. 22 fakt üzrə cinayət tərkibi aşkarlandığı üçün materiallar hazırlanıb, onlardan 8 fakt üzrə cinayət işi açılıb.
Keçirilən araşdırmalar nəticəsində Ermənistanın satınalmalar və hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması sahəsində yol verilən sui-istifadə halları nəticəsində dövlətə 8 milyard 672 milyon 914 min Ermənistan dramı həcmində ziyan dəydiyi bildirilir. 2018-ci ilin eyni dövründə həyata keçirilən yoxlamalar zamanı, dəyən ziyanın 203 milyon 324 min 237 dram təşkil etdiyi və bunun 42 dəfə az olduğu bildirilib.
Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrində müvafiq vəzifəli şəxslərə dəymiş ziyanın bərpa edilməsi üçün 9 xəbərdarlıq göndərilib.
Alpər Mövludoğlu
Ordu.az