Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə nazirinin müşaviri Andrey İlnitskin “Zvezda” kanalının efirində Rusiya ilə qarşıdurma vasitələrindən bəhs edən ABŞ-ın “Rand Corporation” kəşfiyyat analitik mərkəzinin son hesabatını şərh edib.
Hesabatda qeyd edilir ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz ölkələri ilə öz əlaqələrini genişləndirməlidir. Amerikalılar Qafqazda faktiki olaraq oynayacaqlar.
Onlar Rusiyanın Şimali Qafqazda mövqelərinin möhkəm olduğunu qəbul edir, Cənubi Qafqazda isə mövcud ziddiyətlərlə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərindən yararlanaraq oynamağın mümkün olduğunu qəbul edirlər.
Həmçinin İlintski dünyada ABŞ-ın ən böyük səfirliyinin Ermənistanda olduğunu xatırladır. O, bir çox məqamlar baxımından bunun təsadüfi olmadığını hesab edir və həmin səfirlikdə yalnız Ermənistanın deyil, bütün bölgənin nəzərdən keçirildiyini qeyd edir.
Həmçinin məruzədə qeyd olunur ki, Rusiyanın BMT-dən başqa digər təşkilatlardan təcrid olunması üçün tədbirlər görülməlidir.
Alpər Mövludoğlu
Ordu.az