Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “razm.info” hərbi saytının rəhbəri Karen Vrtanesyan jurnalistlərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, əgər bir balaca hərbi ritorikada səngimə vardısa, artıq bu fevral ayından yenidən davam edir.
“Qarabağa qarşı hərbi əməliyyatlar, müxtəlif səviyyələrdə çox ciddi ssenarilər oynanılır. Hərbi baxımdan Azərbaycan Qarabağ da daxil olmaqla Ermənistana qarşı müharibəyə hazırlaşır və hazırlaşmaqda davam edir”, - deyə Vratanesyan bildirib.
Azərbaycanşünas Anjela Əlibekova isə qeyd edib ki, indiki zamanda Qarabağ (qondarma qurum-red.) və Ermənistan arasında bölücülük aparmaq çox təhlükəlidir.
“Bu, nəinki çatışmazlıq hətta həddindən artıq təhlükəlidir”, - deyə Əlibekova əlavə edib.
Bu sözündən bərk qəzəblənən Vrtanesyan “Sakit yerinizdə oturun” deyə ona əsəbləşib.
Alpər Mövludoğlu
Ordu.az