Aprel döyüşlərində əldə etdiyi partlayıcı vasitə erməni döyüşçünü xəstəxanalıq edib

2019/05/vzriv-1559128937.jpg
Oxunub: 12184     15:21     29 May 2019    
Ermənistanda partlayıcı vasitə ilə boru kəmərinin çalasını qazmağa cəhd edən şəxs xəstəxanaya yerləşdirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 28-də Ermənistanın Araqtsotn vilayətinin İrind kənd sakini 51 yaşlı Hrayr Vardanyan, həmkəndlisi 53 yaşlı Xaçatur Manukyanın bağında boru kəmərinin çalasını qazarkən ortaya çıxan daşı “aminal” partlayıcı vasitəsilə partladıb.

Baş verən partlayış nəticəsində xəsarət alan Vardanyan Talin şəhər tibb mərkəzinə çatdırılıb.

Məlumata görə, zərərçəkən polisə izahatında bildirib ki, partlayıcı vasitəni 2016-cı il aprel döyüşlərində iştirak etdiyi zaman əldə edib.

Fakt üzrə araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Partlayış   Yaralı  


Bizi "telegram"da izləyin