Ordu.az “Jamanak”a istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan məmurları bir sıra tarazlaşdırılmamış addımlarından geri çəkindirmək istəyib.
Nəşrin yazdığına görə, bu addım münaqişənin mümkün gərginləşməsinin qarşısını alır.
“Son həftələr Sarkisyanın Qarabağda olması keçmiş və indiki qarabağlı məmurların bir sıra tarazlaşdırılmamış addımlarından geri çəkindirməkdən ibarət olub. Hazırda Sarkisyan Ermənistan hakimiyyətinə qarşı planlaşdırılan ağılsız fəaliyyətlərə qarşı bufer rolunu oynayır. Bununla da Ermənistan və Qarabağ (qondarma qurum-red.) hakimiyyəti arasında münaqişənin mümkün gərginləşməsinin qarşısını alır”, - deyə erməni nəşri yazır.
Alpər Mövludoğlu
Ordu.az